Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 22-06-2016, 16:28
Yer kürəsinin cavabı bilinməyən 8 sirri


Yer kürəsində su necə yaranıb?

Elmi araşdırmalara görə 4.5 milyard il bundan öncə Yer kürəsi yaranan zaman o daşlıq ərazili səhraya bənzəyirdi. Lakin bizim planetdə su necə yaranıb? Bir çox alimlərin fikrincə planetimizdə su 4 milyard il bundan öncə asteroidlərin Yer kürəsi ilə toqquşmaları nəticəsində yaranıb. Həmin zaman dövründə planetimizə bir çox buz asteroidlər düşüb. Nəticədə hidrosferin yaranmasına start verilib. Təəssüflər olsun ki, həmin dövrdən bizi çox böyük zaman ayırır. Buna görədə suyun bu cür yaranması haqqında sübutlar əldə etmək demək olar ki, qeyri-mümkündür.

Yer kürəsinin nüvəsi nədir?

40-cı illərdə alimlər əmin idilər ki, Yer kürəsinin dərinlikləri haqqında bütün məlumatlara sahibdirlər. Yer qabığının tərkibi ilə asteroidlərin tərkibini qarşılaşdıranda tədqiqatçılara məlum oldu ki, planetin litosfer təbəqəsində dəmir və nikel çatışmamazlığı mövcuddur. Beləliklə alimlər belə bir qənaətə gəldilər ki, sözügedən elementlər Yer kürəsinin nüvəsində kifayət qədərdir. Lakin 50-ci illərdə aparılmış qraviametrik hesablamalar nəticəsində məlum oldu ki, bu heçdə belə deyil. Belə ki, araşdırmalara əsasən nüvə çox yüngül idi. Bu günki gündə belə geofiziklər Yer kürəsinin mərkəzində nəyin yerləşdiyini fikirləşirlər. Onları həmdə çətinliyə salan səbəb nüvədə axan qatı çuqun sayəsində Yer kürəsinin maqnit sahəsinin dəyişməsidir.

Ay necə yaranıb?

Ayın yaranması haqqında ən məşhur nəzəriyyə Yer kürəsi ilə digər planetin toqquşmasıdır. Alimlər hələki bu məsələ ilə bağlı yekun bir nəticəyə gələ bilməyiblər. Belə ki, bəzi faktlar sözügedən nəzəriyyəyə tabe olmadığından alimlər hələdə bu çətin sualın cavabını axtarmağa çalışırlar. Məsələn Ay-dan götürülmüş nümunələrin kimyəvi tərkibləri Yer kürəsindəki nümunələr ilə o qədər oxşardılar ki, sanki Ay nə vaxtsa Yer kürəsinin bir parçası olub kimi təəssürat yaranır.

Yer kürəsində həyat necə yaranıb?

Həyat Yer kürəsində yaranıb yoxsa o asteroidlərin sayəsində bizim planetə daxil olub? Həyatın yaranması üçün vacib xüsusiyyətlərdən biri olan amin turşuları asteroidlərin tərkibində aşkar edilmişdir. Nəticədə bir çoxları ikinci nəzəriyyəyə öz diqqətlərini cəmləmişdilər. Lakin buna baxmayaraq bioloqlar hələdə bilmirlər ki, bu elementlər ilk canlı orqanizmdə necə birləşiblər. Təəssüflər ki, biz ilk mikrobların qalıqlarına sahib deyilik.

Planetdə oksigen necə yaranıb?

Bizlər öz varoluşumuzu sianobakteriyalara (Yer kürəsinin atmosferini kəskin şəkildə dəyişmiş mikroskopik canlılar) borcluyuq. Təqribi olaraq 2.4 milyard il bundan öncə onlar Yer kürəsinin atmosferini oksigen ilə zənginləşdirmişdilər. Lakin növbəti 3 milyard il ərzində atmosferdə olan oksigen kəskin şəkildə dəyişmişdir. Bu dəyişiklik oksigenin stabil hala gəlməsinə kimi getmişdir (541 milyon il bundan öncə). Bütün bunlara baxmayaraq bir sual yaranır. Yer kürəsinin atmosferində oksigenin yaranmasına təkcə həmin bakteriyalar təsir etmişdir yoxsa digər şəraitlər də öz tövhəsini vermişdir? Oksigenli atmosferin yaranma səbəbini öyrənmək Yer kürəsinin biosferinin təkamülü haqqında anlayışların genişlənməsi üçün vacibdir.

Kembri partlayışının (Kembri dövrünün başlanğıcında dünyadakı canlı müxtəlifliyində yaşanan ani artım) səbəbi nə idi?

Yer kürəsinin yaranmasından 4 milyard il sonra Kembri dövrü zamanı mürəkkəb həyat formasının əmələ gəlməsi planetimizin tarixinin unikal anlarından biridir. Məhz bu dövrdə ani olaraq beyinə, qan damarlarına, gözlərə və ürəyə sahib canlılar əmələ gəlmişdir. Təkamülün bu mərhələsində həyat digər zaman dövrlərinə nisbətən daha tez inkişaf etdi. Bəzi nəzəriyyələrə əsasən Kembri partlayışının səbəbi atmosferdə olan oksigen miqdarının həmin dövrdə yüksək olmasıdır. Lakin bu məsələdə digər ciddi nəzəriyyələr də var.

Tektonik proseslər necə başladı?

Geoloqlar hələdə bilmirlər ki, Yer kürəsində tektonik proseslər necə başlayıb. Qədim geoloji aktivliyin izləri çoxdan silinmişdir. Yalnız nadir zirkon mineralları (bu minerallar Yer kürəsində hələ 4.4 milyard il bundan öncə yaranıblar) ilk kontinental cinsin nümayəndələri kimi qalıblar.

Zəlzələləri öncədən aşkar etmək mümkündürmü?

Hal-hazırda zəlzələlərin öncədən proqnoz edilmə üsulları müəyyən vaxt intervalında təbii fəlakətin olma ehtimalını aşkar edə bilir. Zəlzələnin ən irimiqyaslı öncədən aşkar etmə cəhdi 12 illik vaxt intervalı göstərərək səhv nəticə vermişdir. Zəlzələlərin öncədən aşkar edilməsində ən böyük problem təbii fəlakətin başlanğıcına və sonuna səbəb olan faktorlar haqqında anlayışın olmamasıdır.


Technote.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!