ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 11-05-2017, 20:35
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi

Bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) 105-ci sessiyası öz işinə başlayıb.

Butov.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbir çərçivəsində Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif etdiyi “Dostluq” ordenini ölkəmizin rəhbəri adından DTT-nin Baş katibi Taleb Rifaiyə təqdim edib.

Taleb Rifai bu dəyərli mükafata görə Azərbaycan Respublikası Prezidentinə minnətdarlığını bildirib. Həmçinin Əbülfəs Qarayevə DTT-nin həyata keçirdiyi layihələr və tədbirlərdə 2001-ci ildən etibarən Azərbaycanın yaxından iştirakı, eləcə də beynəlxalq turizmin inkişafına verdiyi töhfə və xidmətlərinə görə təşəkkür edib və nazirə DTT-nin diplomunu təqdim edib.

Qeyd edək ki, ölkəmiz 2001-ci ildən DTT-yə üzv olub və sözügedən təşkilatın bir sıra mühüm layihə və tədbirlərində yaxından iştirak edib. 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub və həmin vaxtdan etibarən qurumun iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak etməyə başlayıb. 2016-cı ildə isə Azərbaycan DTT-nin İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilmiş 104-cü sessiyası zamanı yekdilliklə Şuranın sədri seçilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!