Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
21-02-2022, 09:53
Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər
Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.
Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.
"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır".
19-02-2022, 08:40
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
16-02-2022, 13:07
Putindən Şoltsa: "Deyirlər" nə deməkdir?


NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
"NATO-nun genişlənməsi ilə bağlı... Çox gözəl bir ifadə dediniz: "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq". “Deyirlər” nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “deyirlər” sözünü başa düşməliyik. 30 ildir deyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq. Və bu gün biz NATO infrastrukturunu öz evimizin kandarında görürük”, - Putin bildirib.
16-02-2022, 09:05
"Ordumuz öz ərazimizdədir"


Ordumuz öz ərazimizdədir, kiməsə təhlükə yaratmır
Rusiya hərbçiləri Rusiya Federasiyasının ərazisindədir və heç kimə təhlükə törətmir.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
O, Qərb mətbuatında Rusiyanın guya təhdid olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib:
“Mənim heç bir təhdiddən xəbərim yoxdur: Bizim ərazimizdəki ordumuz heç kimə təhlükə yaratmır”.
14-02-2022, 13:08
Türkiyə ilə hərəkət etməliyik - ABŞ generalı


Türkiyə ilə hərəkət etməliyik - ABŞ generalı
Genişmiqyaslı hücum olacağını düşünmürəm.
Bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hoces Ukrayna böhranı ilə bağlı açıqlamasında deyib.
“Ukrayna böhranında ABŞ Türkiyə ilə əməkdaşlıq etməlidir. Regionun açarı Türkiyədir. Qara dəniz, körfəzlər üzərindəki gücü, bölgədəki hər kəslə əlaqəsi ilə Türkiyənin çox faydalı olduğunu düşünürəm", - general bildirib.
14-02-2022, 12:59
48 saat bitdi: Ukrayna təcili iclas çağırdı

Rusiya qoşunlarının Ukrayna yaxınlığında və işğal olunmuş ərazilərində cəmləşməsi ilə bağlı Rusiya və Vyana sənədi üzrə digər iştirakçı ölkələrlə təcili iclasın keçirilməsinə çağırırıq.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.
XİN rəhbəri vurğulayıb ki, 48 saat ərzində Rusiya Vyana sənədi çərçivəsində öz qoşunları haqqında məlumat verməyib.
12-02-2022, 10:15
Ukrayna Rusiyaya 48 saat vaxt verdi


Ukrayna Rusiyaya 48 saat vaxt verdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan ölkə ilə sərhəd ərazilərdə hərbi fəaliyyətin aparıldığı rayonlar, silahların və hərbi texnikaların növü barədə Kiyevə 48 saat ərazində məlumat verməsini tələb edib.
Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
“Kiyev hərbi fəaliyyətin aparıldığı rayonlar və hərbçilərin sayı ilə bağlı 48 saat ərzində Rusiyadan cavab gözləyir”, - deyə bildirilib.
11-02-2022, 18:26
Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda hərbçilərlə görüşüb.
Z.Həsənov 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!