Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-02-2020, 09:53
Yığmanın baş məşqçisi: "Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq"
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərinə hazırlığı davam etdirirlər.
Butov.az "Report"-a istinadən xəbər verir ki, yığmalar ötən ilin noyabr ayından başlayan təlim-məşq toplanışının artıq son mərhələsinə start veriblər.
Umberto Orta Dominqezin baş məşqçisi olduğu kişilərdən ibarət komanda Bakı-Tailand-Bakı hazırlığının ardından məşqləri Türkiyədə davam etdirir. Təcrübəli kubalı mütəxəssis səfərə yollanmazdan öncə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.
O bildirib ki, 3 həftəlik təlim-məşq toplanışında əsas hədəf milli üzvlərinin rinqdəki səhvlərinin tam aradan qaldırılmasıdır: “Hazırlığımız çox yüksək səviyyədədir və boksçularımız yaxşı formadadırlar. Təlim-məşq toplanışımız davam edir. Milliyə gəldiyim vaxtla bu günü müqayisə etsək, komandamızın hər bir üzvünün səviyyəsinin çox yüksəldiyini vurğulaya bilərəm. Fiziki, taktiki və texniki hazırlığımız yarışların startınadək bitməyəcək. Son günədək bütün gücümüzü səfərbər edəcəyik. Hər şey plan üzrə getdiyindən turnirlər zamanı daha yaxşı formada olacağıq. Məşqçilər heyəti birgə boksçularımızın səhvlərini düzəldirik və çatışmazlıqları aradan qaldırırıq”.
U. O. Dominqezin sözlərinə görə, lisenziya turnirlərində heyətdə kimlərin yer alacağı hələ bəlli deyil. O qeyd edib ki, bəzi çəkilərdə 2, bəzilərində 3 boksçunu sınaqdan keçirirlər və yekunda onlardan ən güclüsü Olimpiadaya vəsiqə uğrunda mübarizə qoşulacaq: “Yığmanın hər bir üzvü ilə bağlı təhlillər aparırıq. Tailandda təlim-məşq toplanışında sınaq döyüşləri keçirdik və özümüz üçün qiymətləndirmə etdik. Hər boksçu artıq öz gücünü və nəyin üzərində işləmək lazım olduğunu bilir. Bəzi çəkilərdə 2 eyni gücdə boksçular da var. Amma bəzilərində kimin kimdən güclü olduğu bilinir. Buna baxmayaq, Londonda olacaq ilk lisenziya turnirinə hələ 1 ay vaxtımız qalıb. Ona görə də son məşqlər çox şeyə aydınlıq gətirəcək”.
Kubalı mütəxəssis bir daha xatırladıb ki, əsas hədəf Tokio-2020-yə 6 lisenziya əldə etməkdir: “Biz komandanın hər bir üzvünün Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına çalışırıq. İşin çətinliyini də bilirik. Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq. Məqsədimiz 8 vəsiqədir. Amma bilirik ki, bu, elə də asan olmayacaq”.
Yığmanın baş məşqçisi Türkiyə toplanışında əsasən taktika və texnika üzərində işləyəcəklərini də sözlərinə əlavə edib: “Sınaq döyüşlərini Tailandda keçirib, özümüz üçün qiymətləndirmə çıxardığımızdan Türkiyədə yoxlama görüşləri planlaşdırmırıq. Çünki yarış öncəsi intensiv məşqlər keçəcəyik. Əgər lazım biləcəyiksə, türklərlə yoxlama döyüşləri ola bilər”.
O qeyd edib ki, martın 1-dək davam edəcək hazırlıqda lisenziya turnirləri üçün təxmini heyəti müəyyənləşdirəcək. Amma “səkkizlik” Bakıya qayıtdıqdan sonra dəqiqləşəcək.
Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev də komandanın yaxşı formada olduğunu deyib. O bildirib ki, Tailanddan sonra Bakıda növbəti təlim-məşq toplanışını yüksək səviyyədə başa vurublar: “Fiziki, taktiki və texniki hazırlıqlar keçdik. Komandamız gündə 2 dəfə məşq edirdi. Hər gün səhər qaçır, xüsusi fiziki hərəkətlərə fikir verirdik. Axşam hazırlığında taktiki və texniki məşqlərə diqqət ayırırdıq”.
Təcrübəli mütəxəssis Türkiyə toplanışının milli üçün faydalı olacağına inam ifadə edib: “Orada yerli yığma və Bolqarıstan millisi ilə birgə hazırlıq keçəcəyik. Bu mərhələ sonuncu olacaq. Türkiyədə əsasən baş məşqçimizin də dediyi kimi, texniki və taktiki hazırlığa fikir verəcəyik. Bütün idmançılar tərəfimizdən xüsusi nəzarətdədir. Səhvlərini analiz edib başa salırıq, ayaqda işləmələrinə diqqət yetiririk. Bəzilərində ayaqlar yorulurdu, ondan sonra rinqdə lazımi səviyyədə işləyə bilmirdilər. Artıq bu problemi aradan qaldırmışıq. İnanırıq ki, bu da müdafiədə etibarlığı təmin edəcək”.
N. Abdullayev Kastamonuda boksçuların ideal forma yığacağını və Bakıya yüksək formada dönəcəklərinə inandığını da vurğulayıb.
Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev də komandasından uğur gözlədiyini deyib. Onun sözlərinə görə, Azərbaycan Boks Federasiyası yığma üzvləri üçün lazım olan bütün şəraiti yaradıb: “Biz kişi boksçulardan fərqli, bir aydır təlim-məşq toplanışındayıq. Abşeron Olimpiya İdman Kompleksində hazırlıq keçirik. Hər şey yüksək səviyyədədir. Boksçularımız yaxşı formadadır. Komandada ruh yüksəkliyi, özünəinam çox əladır. Çalışırıq ki, Londonda keçiriləcək lisenziya turnirinə kimi tam hazır olub, lazımi vəsiqələri qazanaq. Əsas məqsədimiz ümidləri doğrultmaqdır”.
Təcrübəli mütəxəssis komandada yer alan legionerlərlə bağlı məsələlərə də aydınlıq gətirib. O bildirib ki, lisenziya turnirlərində ölkəmizi ən güclülər təmsil edəcəklər: “Yarışlar üçün heç kim yerini təmin etməyib. Legionerlərin bizə qoşulması heç də onların lisenziya turnirlərində iştirakına zəmanət vermir. Hər biri sınaq müddətindədir. Əgər öz çəkilərində güclü olacaqlarsa, onlara güvənə bilərik. Bir sözlə, bütün qərarlar məşq prosesinin yekununda veriləcək. 5 çəkidə mübarizəyə qoşulmağı planlaşdırırıq. Hansı boksçu güclü olacaqsa, o da Olimpiada üçün vəsiqə uğrunda komandada yer alacaq”.
E. Rzayev hazırlıq üçün ölkə xaricinə çıxacaqlarını da deyib. Onun sözlərinə görə, birgə təlim-məşq toplanışı keçməyi planlaşdırırlar.
Qeyd edək ki, martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdə Dünya Olimpiya Təsnifat Turniri keçiriləcək.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!