Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 24-09-2019, 12:05
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Butov.az xəbər verir ki, bu barədə “Report”a güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova məlumat verib. Olimpiya mükafatçısı bildirib ki, oğlu olimpiadaya vəsiqəni İtaliyanın Bolonya şəhərində keçirilmiş Avropa çempionatında əldə edib: “Qitə çempionatında həm olimpiya, həm də qeyri-olimpiya növləri üzrə yarışlar oldu. Yivli tapança ilə 25 metr məsafəyə sürətli atəşaçmada “Tokio-2020”yə vəsiqə üçün finala çıxan “altılığ”a düşmək lazım idi. Lunyov 6-cı yerlə bunu bacardı və həlledici mərhələdə 5-ci yeri tutdu. Bu isə o deməkdir ki, güllə atıcılığında Azərbaycana 2020-ci il Yay Olimpiya Oyunlarına “wild card” verilməyəcək”.
Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında “wild card” sayəsində iştirak edib. O, 10 metr və 25 metr məsafələrə atəş açma yarışlarında 15-ci yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın 7-ci olimpiya lisenziyası olub. Daha əvvəl sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!