"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 1-09-2015, 09:48
Axşam bazarı - Kim hara keçdi?


31 avqust Avropada transfer pəncərəsinin bağlandığı gündür


Yayın rəsmən sonuncu günü – 31 avqust – həmçinin Avropada transfer pəncərəsinin bağlandığı gündür. Xezerxeber.com transfer bazarlığının ən son günündə həyata keçən ən maraqlı transferlərin özünəməxsus hit-paradını təqdim edir.

Axşam bazarı - Kim hara keçdi?


“Latsio” 31 yaşlı Alessandro Matrinin karyerasında 9-cu klub oldu. Sonuncu mövsümün ikinci yarısını “Milan”dan icarə əsasında “Yuventus”da keçirən 7-ci dəfə - bu dəfə Roma klubuna – kirayəyə verildi.

Axşam bazarı - Kim hara keçdi?


Lui van Qalın gəlişindən sonra “Mançester Yunayted”də qərar tuta bilməyən Xavyer “Çiçarito” Ernandez təxminən 10 milyon avro qarşılığında “Bayer”lə 3 illik müqavilə imzaladı.

Axşam bazarı - Kim hara keçdi?


İngiltərədən – konkret Mançesterdən Almaniyaya yollanan daha bir futbolçu. Vaxtilə 5 yığmanın mübarizə apardığı Adnan Yanuzay “Mançester Yunayted”dən icarə əsasında Dortmund “Borussiya”sında oynayacaq.

Axşam bazarı - Kim hara keçdi?


Heç nə əbədi deyil! Son 8 mövsümü Dortmundda keçirən polşalı Yakub Blaşikovski ən azı qarşıdakı mövsümü “Fiorentina”da kirayədə keçirməlidir.

Axşam bazarı - Kim hara keçdi?


“Borussiya”da planlaşıdırlmış “yarpaq tökümü” Kevin Qrosskroytzun “Qalatasaray”a keçidi ilə davam edir.

Axşam bazarı - Kim hara keçdi?


Diqqətlə baxın: hər gün “İnter”dən “Yuventus”a birbaşa transferə şahidlik edə bilməzsiniz. Turin klubu braziliyalı Ernanesə görə 11 milyon avro ödəyəcək. Futbolçunun tibbi baxışı isə gecə saatlarında baş tutdu.

Axşam bazarı - Kim hara keçdi?


"İnter" özü isə 2 sürpriz transfer həyata keçirdi: "Qalatasaray"dan Felipe Melo və "Roma"dan Adem Lyayiç. Digər "cim-bom"li Aleks Tellesin transferi isə gecə saatlarına qədər reallaşmamışdı.

Axşam bazarı - Kim hara keçdi?


Bakı vaxtı ilə gecə saat 1.55-ə qədər rəsmiləşməyən, amma böyük ölçüdə reallaşan alış-veriş: “Mançester Yunayted” və “Real” qapıçılarını dəyişdilər. David de Xea Madridə, Keylor Navas isə Mançesterə yollandı. Nəticədə “Mançester Yunayted” 25 milyon avro ilə yanaşı yüksək səviyyəli qapıçı da əldə elədi.





Butov.az


Paylaş



Bölmə: İdman / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!