"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-11-2020, 11:14
Torpağa bağlı ömür


Tezdən oyanmışdı. Həyətdə xeyli var-gəl elədi. Heç yerdə qərar tuta bilmirdi. Bir stəkan çay içəndən sonra pambıq sahəsinə getməyi qərarlaşdırdı. Sarvan kəndinin mərkəzində Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun heykəli önündə dayandı. Əmək qəhrəmanının qazandığı uğurlar, nailiyyətlər gözləri önündən gəlib keçdi. Həyat belədir deyə düşündü: illər bir göz qırpımında ötüb keçir, amma yaxşılıq, xeyirxahlıq heç zaman yaddan çıxmır. "Əmək ordenli" Mərdan sanki gördüyü işlər haqqında hesabat verirdi:
- Bu il pambıq əkinini, çiyid səpinini yüksək səviyyədə aparmışıq, hava şəraiti imkan versə sahələrdən bol məhsul toplayacağıq.
Çiyid səpilmiş sahəyə çatanda günəş bir boy yuxarı qalxmışdı. Cərgələrə düzələn pambıq kolları sahəni al-əlvan xalıya döndərmişdi. Mərdan yenicə cərgələrə düzülən pambıq kollarını sığallayır, sevinirdi. Cərgələrdə seyrəklik yox idi. Yaxşı çıxış alınmışdı. Ucu-bucağı görünməyən sahələr günəşin altında hər an bir az böyüyürdü.
Mərdan Cəlilov bu yerlərdə dünyaya göz açıb. Daim xeyirxah insanlardan həyat dərsi alıb. Bilmədiklərini onlardan öyrənib, torpağa könül verib, torpaqda onu naümid qoymayıb, əlindən tutub ucaldıb. Bu yerdə yadıma bir misra düşür.

Torpaqdan güc aldın, torpaq ucaltdı,
Ucalıq, məğrurluq sənə yaraşır.
Amalı müqəddəs, ürəyi təmiz,
Səninlə həmişə fəxr edirik biz.


Sonuncu misra Mərdan Cəlilova çox yaraşır. Çünki kənddə ona rast gələn hər kəs bu misranı xatırlayır, onunla qürur duyduqlarını deyir.
Ötən il pambıq sahəsində yüksək göstəricilərə nail olan Mərdan Cəlilov cari ildə rekord nəticələr qazanıb. Onun rəhbərlik etdiyi "P-Aqro" MMC ötən il 2050 hektar sahədən 6933 ton məhsul yığıb. 331 fermeri birləşdirən "P-Aqro" MMC cari ildə 2150 hektar sahədə pambıq yetişdirib. Pambıq sahələrindən indiyə kimi 8854 ton "ağ qızıl" yığılıb. Necə deyərlər, fermerlərin əziyyəti yerdə qalmayıb. 41,3 sentner pambıq yığılıb. Yüksək göstəricilərdir.
Salyanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu deyən Salyan DAİM-in direktoru Tariel Atamalıyev pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün zəmin yaratdığını xüsusilə qeyd etdi.

Salyan "P-Aqro" MMC-in uğurları ilbəil artır. Burada çalışan insanlar təsərrüfatla məşğuldular. Ələsgər Əliyev uzun illər pambıqçılıqla məşğuldur, ixtisasca aqronomdur. Torpağın dilini yaxşı bilir.
Çiyidin əkinindən yığımınadək sahəni nəzarətində saxlayır. Onun dediklərindən:
- Pambıq bitkisi körpə uşaq kimidir. Gərək nazını çəkəsən, vaxtında aqrotexniki qaydalara əməl edəsən, vaxtlı-vaxtında dərmanını, suyunu verəsən ki, sonda da üzün gülsün, cibin dolsun.
Fermer Rahil Hüseynov da söhbətə qoşulur:
- Bizim vəzifəmiz bol məhsul yetişdirməkdir. Sağ olsun dövlətimizi. Dövlətin əli fermerin kürəyindədir. Dövlətin güzəştlərindən faydalanırıq. Salyan kəndlisi halal zəhməti, yenilməz hünəri ilə arxa cəbhədə hünər göstərir. Min bir zəhmət bahasına yetişən məhsulu itkiyə yol vermədən yığıb dövlətə təhvil veririk, əvəzində isə ailəni saxlamaq, ehtiyacları ödəmək üçün yaxşı gəlir əldə edirik. Mərdan Cəlilovu özümüzə örnək bilirik. Biz fermerlər onun qayğısından, məsləhətlərindən bəhrələnirik.
El ağsaqqalı Əlirza kişi pambıq dolu lafetləri görəndə sevincindən ürəyi dağa dönür: - Bizim Salyan torpağı bərəkət boğçamızdır. Adamları zəhmətkeş, əkib becərən insanlardır. Mərdan da belə insanlardan biridir. Onu tarlada pambıq kolları açılanda görəsiniz. Sevinci yerə-göyə sığmır. Əsl təsərrüfat adamıdı. Sovetlər dönəmində bizim Sarvan kəndinin qabaqcılları çox olub. Mərdan da onların davamçılarından biridi.
Mərdan Cəlilov pambıq qəbulu məntəqəsində pambıq tayasının yanında işçiləri tələsdirirdi: - Tez olun, yağış yağsa əziyyətimiz havayı olar. İşçilər onun sözlərindən sonra daha cəld işləməyə başladılar.

Onun üzündə sevinc, fərəh hissi var idi. Uşaq kimi sevinirdi: - Biz arxa cəbhədəyik, üzərimizə ikiqat məsuliyyət düşür. Ölkəmizin güclənməsi, iqtisadiyyatımızın artması üçün cənab Prezidentimizin, Ali Baş Komandanımızın tapşırıqların canla-başla yerinə yetirməliyik. Arxa cəbhədə hər vətəndaş bir əsgər olmalıdır. Xoşbəxtəm! İşğaldan azad olan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Bir neçə aydan sonra o torpaqlarda həyat canlanacaq, əkin-biçin olacaq. Ali Baş Komandanımıza, cənab prezidentimiz İlham Əliyevə bu sevincli günləri bizə bəxş etdiyinə görə sağ ol deyirəm.
Qələm dəftərimi yığışdırıb göylərə baş çəkən "ağ qızıl" tayalarına baxıram. İnsan əlləri, insan zəhməti çox şeyə qadirdir. İnsan qurub-yaratmaq üçün doğulur. Mərdan Cəlilov kimi insanlar heç zaman unudulmur, heç zaman yaddan çıxmır. Hər dəfə Salyana yolum düşəndə onun xoş sorağını eşidirəm. Adı böyük hörmətlə, məhəbbətlə çəkilir, haqqında xoş sözlər deyilir.
Mərdan Cəlilov təkcə doğmalarının, dostlarının deyil, həm də elin-obanın fəxridir. Sarvanlılarının onunla öyünməyə, qürur duymağa mənəvi haqqı var. Bu haqqı o özü qazanıb.
O, ömrünü hədər yaşamayıb. Mənalı, şərəfli bir ömür sürür. Elə bir ömür yaşayır ki, yüz ömrə dəyər.
…O, axşam işdən yorğun qayıtmışdı. Sarvan kəndinin mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət etdi. Qarşısında dayanıb baş əydi. Əlindəki gül dəstəsini Şəhidlərin məzarı üstə qoyub öz-özünə pıçıldadı:

Torpaq üçün alış, yan,
Həyat olsun firavan.
On beş şəhid diyarı,
Qəhrəman kəndi Sarvan.

Yorğunluğu çıxmışdı. Üz-gözündəki təbəssümü görmək çətin deyildi…

Mənalı və şərəfli ömür yolu onu uca bir zirvəyə qaldırıb. O, elə bir zirvədə dayanıb ki, o zirvədən ölkəmizin hər yeri görünür. Fəsillər bir-birini əvəz edir, yarpaqlar yaşıllaşır, sonra saralır, yerə qar düşür, sonra qar əriyir, isti və soyuq küləklər əsir… Amma Mərdanın dayandığı zirvəni duman bürümür, yağış, qar döyəcləmir, fəsillərin isti-soyuğu bir-birini əvəz eləmir. Bu zirvə əlvan güllərə qərq olub və bu zirvənin gülləri, çiçəkləri heç zaman solmayacaq, öz ətrini hər yerə yayacaq. Torpağa bağlı insanın ömür zirvəsi kimi.

Sabir Qasımoğlu


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!