Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
Tarix : 13-09-2019, 09:24
Bu mövsüm Salyanda 12 min ton pambıq tədarükü nəzərdə tutulub

Bir neçə gündür ki, Salyanda pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 111.6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır.
Butov.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari təsərrüfat ilində rayonda 4788 hektar sahədə pambıq əkilib. Bunun da 922 hektarı Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunun son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ərazi vahidində indiyədək 30 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub.
Kənddə fəaliyyət göstərən fermer Balaş Əhmədov 40 ilə yaxındır ki, təsərrüfatla məşğul olur. Məhsul istehsalçısı ötən il 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm” 19 hektar sahədə pambıq becərmişəm. Sahəmdə bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Becərdiyim sahənin hər hektarından ən azı 30-35 sentner məhsul götürəcəyimə əminəm. Ötən il dövlət tərəfindən pambığın hər növ üzrə alış qiymətinin 50 manat artırılması məhsul istehsalçılarının ürəyincə olub. Bundan ruhlanan fermerlər yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün işin surətini günbəgün artırırlar”, – deyə fermer bildirib.
Bu il rayonda 4 min hektarda yetişdirilmiş pambığın maşınlarla yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 22 ən müasir pambıq yığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 436 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir.
Qeyd edək ki, bu il rayonda 12 min tondan artıq “ağ qızıl” istehsal edilməsi nəzərdə tutulub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!