Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 4-06-2021, 10:41
Şahdəniz layihəsi üzrə bu il daha 5 quyu istismara veriləcək

Mövcud Şahdəniz qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur.

Butov.az xəbər verir ki, BP-dən Trend-ə verilən məlumata görə, hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə Şahdəniz 2 çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb.

Bu quyulardan səkkizi hal-hazırda istismardadır və daha beşi dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

Qeyd edək ki, Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.

Şahdəniz üzrə HPBS-nin imzalanması və Şahdəniz perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. Şahdəniz yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. Bu yaxınlarda istifadəyə verilən Cənub Qaz Dəhlizi (CQD) sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı. Bu, ölkənin Avropaya irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.

Şahdəniz üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. Şahdəniz üzrə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NIKO (10,0%) və Cənub Qaz Dəhlizi Apstrim (6,7%).


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!