Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 17-05-2016, 13:45
Azərbaycanda biznes qurmaq istəyənlərə maneə - 18 prosedur, 203 gün



“İnşaat bölməsindəki tənəzzül digər bazarları da çökdürürür. Ötən ildən inşaat bölməsində müşahidə olunan tənəzzülün təsirləri ilə bu ilin ilk 4 ayında tikinti materiallarının istehsalı 28,6 faiz, mebel istehsalı isə 14,2 faiz azalıb”.

Butov.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bunlarla yanaşı tikinti maşın və avadanlıqlar parkının yenilənmə sürəti də aşağı düşüb: “Hazırda mövsümi amillərin təsiri ilə nisbi canlanma müşahidə edilən bölmədə əsas sifarişlər fərdi xarakter daşıdığından qısa müddətli effekt yarada biləcək və uzunmüddətli dövrə gözlənilən tənəzzülün qarşısını ala bilməyəcək. Hazırda bu bölmə ciddi sərmayə qıtlığı, kapital qoyuluşları problemini yaşayır. İnvestisiya cəlbi bütövlükdə iqtisadiyyatda işgüzar mühitin yaradılması, tikintiyə icazənin verilməsi, inşa olunmuş tikintinin qeydiyyat prosedurlarının sadələşdirilməsi hesabına mümkündür”.

Q.İbadoğlu qeyd edir ki, Dünya Bankının "Biznesə necə başlamalı" hesabatında göstərilir ki, Azərbaycan tikintiyə icazənin alınması və onun qeydiyyatı ilə bağlı prosedurların mürəkkəbliyi, tələb olunan müddətinin uzunluğu və xərclərin bahalığına görə, dünyanın 189 ölkəsi arasında 114-cüdür: “Həmin hesabatda göstərilir ki, tikintiyə icazə alınması üçün orta hesabla 18 prosedur və 203 gün tələb olunur. Müqayisə üçün qeyd edək ki, bu göstərici üzrə Gürcüstan 11, Qırğızıstan 20-ci, Ermənistan 62-ci, Qazaxıstan 92, Türkiyə 98-ci yeri tutur. Nə qədər ki, Azərbaycanın reytinqi yaxşılaşmayıb, bir o qədər də inşaata yönələn xarici sərmayələr adları çəkilən qonşu dövlətlərə yönələcək”.

Ekspertin fikrincə, iqtisadiyyatın modenləşdirilməsi üçün başlıca bölmələrdən hesab olunan tikintinin problemlərinin həlli həmin bölmədə təxirəsalınmaz islahat tədbirlərindən asılıdır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!