Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 30-11-2015, 09:46
Qubad İbadoğlu: "Rusiya-Türkiyə iqtisadi müharibəsi başlayır"


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu feysbuk sosial şəbəkəsində Rusiya ilə Türkiyə arasındakı iqtisadi müharibədən yazıb.

Butov.az-ın Moderator.az-a istinadən məlumatına görə, iqtisadçı alim qeyd edib ki, yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq imkanı var: "Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb. Bu fərmanın icrası iki ölkə arasında enerjiden turizmə, ticarətdən inşaat qədər bütün layihələrə mənfi təsir göstərəcək.
Bu gün Rusiya Federasiyasının Nazirlər Kabineti Rusiya bazarlarına Türkiyədən gətirilən və girişi qadağan olunan məhsulların siyahısını təsdiq edəcək. Gözlənilir ki, bazara girişinə baryer yaradılacaq malların siyahısında tesktil məllumatları və meyvə-tərəvəzə geniş yer ayrılsın".

Qubad ibadoğlu daha sonra bildirib ki, bundan əlavə Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib və rus turistlərin Türkiyəyə girişinə məhdudiyyətlər yaratmağa cəhd edir: "Yeni qaydalara görə türk vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu isə xüsusi ilə Rusiyanın inşaaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumatlara görə, 2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada əsasən də də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya türk vətəndaşlarının xaricdə iş alıdığı ikinci ölkədir. Bu siyahıya Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır.
Digər qadağa rusiyalı turistlərinin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentlərləri Türkiyəyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb. Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqlamalarına görə, ötən il bu ökənin turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir.

İqtisadçı alib həmçinin əlavə edib ki, Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır: "Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib.

Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Hesab edirəm ki, Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya, həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının (UNCTAD, UNİDO, FAO və s.) üzvüdürlər. Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar".

Qubad İbadoğlu yekun olaraq qeyd edib ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin Rusiyada mövcud iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini bahalaşadıracaq: "Bütün bunlar isə hər iki ölkənin qitisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir, lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə çıxmaq potensialı Rusiyadan yüksəkdir. Çünki, Türkiyənın açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək".


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!