Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 31-03-2017, 11:16
Elektron Təhlükəsizlik Mərkəzi fişinq hücumlarından qorunmağın yollarını açıqlayıb

İnsanları aldadaraq məlumat oğurlama üsulları arasında ən geniş yayılmış metod fişinqdir. Fişinq - ingilis dilində "phishing" sözünün mənasını özündə əks etdirir və "yemləmə" mənasını verir.

Butov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən (ETM) "APA-Economics"ə verilən məlumata görə, fişinq hücumlarının əsas məqsədi insanlara müəyyən keçidlər göndərməklə onları saxta, lakin real veb-səhifəyə bənzər səhifələrə yönləndirmək, hesab məlumatlarının həmin saxta səhifəyə daxil etməsini təmin etməkdir. Bu üsulla qarşı tərəf hesab məlumatlarını çox asanlıqla ələ keçirə və istifadəçinin xəbəri olmadan ondan istifadə edə bilər.

"Məsələn, hər hansı şəxs sizə "Facebook" sosial şəbəkəsində mesaj göndərə bilər. Bu mesajda keçid və həmin keçidə daxil olmağınızı təmin etmək üçün təkidedici mətn ola bilər. Siz həmin keçidə kliklədikdə görünən səhifə “Facebook” səhifəsinin “login”, yəni daxil olma səhifəsinə, həmçinin domen adı “www.facebook.com” ünvanına bənzəsə də, əslində səhifə saxta ola bilər. Domen adına diqqət etsəniz, adətən orada “www.faceboook.com”, “www.facebo0k.com”, “www.facebuk.com”, hətta bəzən bunlara qətiyyən bənzəməyən, tam fərqli ünvan görə bilərsiniz", - deyə məlumatda bildirilir.

Bu təhlükələri nəzərə alaraq, ETM fişinq hücumlarından yayınmaq üçün tövsiyələri nəzərinizə çatdırır:

- Sizdən dərhal cavab tələb edən mesajlara şübhə ilə yanaşın;

- Sizdən maliyyə və şəxsi hesablarınızı istəyən elektron məktub və mesajlara cavab verməyin;

- Elektron poçt və ani mesajlaşma proqramlarından istifadə zamanı sizə göndərilən keçidlərə daxil olmayın;

- Veb brauzerdən sizə lazım olan veb-səhifənin ünvanına daxil olub-olmadığınızı dəqiqliklə yoxlayın;

- Tanımadığınız elektron poçt ünvanı və ya istifadəçilər tərəfindən göndərilən və ümumiyyətlə, etibar etmədiyiniz keçidlərə klikləməyin;

- Fərdi və bank hesabı məlumatlarınızı elektron poçt və ya ani mesajlaşma proqramları vasitəsi ilə göndərməyin;

- Veb-brauzerlərin daim yenilənməsini təmin edin, çünki çox zaman brauzerlər fişinq hücumları özü müəyyən edir və həmin səhifələrə daxil olmağınızı əngəlləyir;

- Onlayn alış-veriş zamanı təhlükəsizliklə bağlı məqamlara diqqət edin. Məsələn, veb-sayta daxil olduqdan sonra URL ünvanda “http” əvəzinə “https” olması, yəni veb-sayta məlumatlarınızı ötürdükdə onların şifrlənməsini təmin edən “Secure Sockets Layer” (SSL) sertifikatın olması vacibdir;

- Əməliyyat sistemində “firewall”u daim qoşulu vəziyyətdə saxlayın (tənzimləmələr əməliyyat sisteminin idarəetmə panelində mövcuddur).


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!