Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : 20-06-2017, 19:51
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102013544 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Butov.az xəbər verir ki, BFB-dən AZƏRTAC-a bildiriblər ki, 9 investor tərəfindən təqdim olunan 17 sifarişin nominal üzrə ümumi məbləği 29,955,800.00 manat təşkil edib. Sifarişlər 92.2253 manat (16.9999 faiz) və 94.39870 manat (11.9656 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.3099 manat (12.1668 faiz), orta ölçülmüş qiyməti 94.3574 manat (12.0591 faiz) olub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 21-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 manat təşkil edib. İstiqrazlar dekabrın 19-da ödəniləcək.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!