Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
Tarix : 8-09-2015, 10:37
II Yelizavetaya sui-qəsd planlaşdıran İŞİD-çilər öldürüldü


Böyük Britaniya kraliçası II Yelizaveta və onun ailəsinin digər üzvlərinə sui-qəsd planlaşdıran 2 İŞİD silahlısı Suriyada məhv edilib.

Butov.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Böyük Britaniya vətəndaşları olan Reyad Xan və Cüneyd Hüseynin Londonda Yaponiya üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə partlayış törətmək niyyətlərinin öyrənilməsindən sonra onların zərərsizləşdirilməsinə qərar verilib. Avqustun 14-də Uaythollda keçirilən mərasimə kraliça II Yelizaveta, şahzadə Çarlz və kral ailəsinin digər üzvləri qatılıb. Bildirilir ki, R. Xan Britaniyada 8 mayda keçirilən Avropa Qələbə Günü və iyunun sonlarında keçirilən Silahlı Qüvvələr Günündə də terror aktı törətməyi planlaşdırıb. Kardiff sakini olan R. Xan Britaniya pilotsuz təyyarəsinin zərbələri, Birmingem sakini, 21 yaşlı C. Huseyn isə Amerika pilotsuz təyyarəsinin zərbələri nəticəsində məhv edilib.

“The Telegraph” R. Xanın “İŞİD” sıralarına qoşulmazdan öncə Britaniya universitetlərindən birində təhsil aldığını yazıb. C. Hüseyn isə 2012-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyrin şəxsi “Twitter” hesabını dağıtdığı üçün mühakimə edilib. C. Hüseynin “Kiberxilafət” adlanan hakerlər qrupuna daxil olduğu, bir neçə fransız saytlarının, ABŞ Mərkəzi Komandanlığının, “Newsweek”, “İnternational Business Times” nəşrlərinin saytlarına müdaxilə etdiyi də məlum olub.

Qeyd edək ki, sentyabrın 7-də parlamentdə keçirilən dinləmələrdə Böyük Britaniya baş naziri Devid Kemeron Suriyada bir neçə britaniyalı İŞİD silahlısının məhv edildiyi barədə məlumat verib.


Butov.az


Paylaş



Bölmə: Kriminal / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!