Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 26-01-2017, 12:01
Azərbaycandakı intiharlarla bağlı mətbuat konfransı: intihar statistikası açıqlandı

2016-cı ildə Azərbaycanda 327 tamamlanmış intihar hadisəsi qeydə alınıb.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən il ölkə ərazisində 470 nəfər intihara cəhd edib, amma bu intiharlar ölümlə nəticələnməyib. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edildiyini deyən Kəmalə Talıbova bildirib ki, 2015-ci ildə 515 intihar faktı olub: “ 2015-ci ildə intihar hadisələrinin artmasına səbəb həmin dövrdə devalvasiya prosesinin olması idi. Çünki insanların dollarla kreditləri çox idi. Keçən il isə bu problem nisbətən sabitləşdi. Həm də maarifləndirici tədbirlər də intihar hallarının sayının azalmasına şərait yaradıb”.

Kəmalə Talıbova deyib ki, bütün dünyada əsas problemlərdən biri olan intiharın səbəbləri müxtəlifdir: “Bura bioloji, sosial faktorlar daxildir. Sosial faktorlar arasında işsizlik, ailə vəziyyətini misal çəkmək olar. İntiharlarda genetik amillər də rol oynayır. İntihar halları kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. İntihar hallarının baş verməsində cəmiyyətdə, mətbuatda məlumatların düzgün yayımlanması və necə təqdim olunması vacib məsələdir.

Çünki bəzən insanlar sanki həmin məlumatlarda özünün bir problemini görür və çıxış yolunu intiharda tapırlar. İntihar insanın krizis vəziyyətində etdiyi davranışdır.

Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır. Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsi düşür. Azərbaycanda isə bu göstərici hər 100 min nəfərdən 5-də bu hal qeydə alınır”.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!