17-12-2022, 16:29
İlham Əliyev plenar iclasda iştirak etdiDekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir. Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı. Sonra birgə foto çəkdirildi. Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi. Dövlətimizin başçısı iclasda çıxış edib.
[media=https://youtu.be/5-F93p5DThg]
17-12-2022, 16:23
Prezident Rumıniyada işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib. Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
17-12-2022, 16:19
Zəngilan hava limanına növbəti uçuş gerçəkləşirBu gün Zəngilan beynəlxalq hava limanına növbəti beynəlxalq uçuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan gerçəkləşəcək. Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfər edəcək. Səfər çərçivəsində o, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanları, investisiya imkanları müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, bundan əvvəl Zəngilan Hava Limanına ilk beynəlxalq uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərğodan reallaşdırmışdı.
17-12-2022, 16:15
Xankəndi-Laçın yolunda flashmob keçirildiXankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları şamlarla “Stop ekoterror” yazaraq flashmob keçiriblər. Onlar yazının ətrafında bayraqlarla duraraq “Stop ekoterror” şüarını səsləndiriblər. Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.
17-12-2022, 16:12
İlin ən yaxşı futbol klubları müəyyənləşdiBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbol klublarının siyahısını açıqlanıb. Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir. İlk üçlükdə İspaniyanın "Real Madrid” və İngiltərənin digər nəhəngi "Çelsi" klubları yer alıblar.
16-12-2022, 23:30
Kəlbəcərdə minaya düşənlər hadisəylə bağlı danışdıİki gün öncə Kəlbəcərdə minaya düşən Ridok Pənahov və Sadir Əliyarov açıqlama veriblər. Hazırda hər iki şəxsin müalicəsi Gəncədə Abbas Səhət adına Xəstəxanada davam edir. Ridok Pənahov bildirib ki, ərazini təmizləyən zaman ani partlayış eşidib: “Biz tarktorla ərazidən daşları təmizləmək istəyirdik. Partlayış oldu, beş metr hərəkət etdikdən sonra yıxıldım. Köməyə adam çağırdıq. Bizi başqa avtomobilə mindirdilər. Ərazidən uzaqlaşmışdıq ki, bu avtomobil də minaya düşdü. İkinci partlayışda heç nə hiss etmədim. Huşumu itirmişdim. Ayılanda xəstəxanada idim”. Minaya düşən şəxslər özəl şirkətin əməkdaşlarıdır və onlar ərazidə rabitə xəttlərinin təminatı ilə məşğul olub. Sadir Əlyarov bildirib ki, ərazidə iki dəfə partlayış olub və o ikinci partlayışda yaralanıb: “Dirək basdırmağa çıxan iki nəfər işçimiz minaya düşdü. Bizə zəng etdilər ki, minaya düşmüşük. Yaxınlıqda idik. Çatanda gördük ki, hərbçilər də yardıma gəlib. Yaralıları aparanda bizim avtomobilimz də minaya düşdü. Ayağımda qəlpə yaraları var. Bir gizir var idi, bizim maşında şəhid oldu”. Qeyd edək ki, dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli xəsarətlər alıb, Tovuz rayon Böyük Qışlaq kənd sakini baş gizir Zöhrab Hümbətov isə şəhid olub.
16-12-2022, 18:20
Prezident Türkiyə ilə imzalanan sənədləri təsdiq etdi“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.
16-12-2022, 18:13
Qarabağda yaşayan ermənilər üçün “qaynar xətt” yaradıldıAzərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Bu barədə azərbaycanlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib. “Separatçıların və şəxsən Qarabağdakı quldur rejimin “dövlət naziri” adlandırılan Ruben Vardanyanın Qarabağda yaşayan dinc ermənilərə təzyiq göstərmək üçün bütün cəhdlərinə baxmayaraq, mənə müxtəlif xarakterli çoxlu zənglər gəldi. Bu zənglər hər gün daha da artdı və təkbaşına öhdəsindən gəlmək mümkün olmadığından “qaynar xətt” yaratmağa qərar verdik”, - deyə o bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, çağrı mərkəzi humanitar problemlərlə üzləşəcəkləri təqdirdə Qarabağ ermənilərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmağa və onların həlli üçün bütün səylərini səfərbər etməyə hazırdır. “Biz öz tərəfimizdən Qarabağ bölgəsinin bizimlə əlaqə saxlayan bütün sakinlərinə tam məxfiliyə zəmanət veririk”, - deyə D.Əfəndiyeva əlavə edib.
Qaynar xətt nömrəsi: +994702779911.
16-12-2022, 18:03
Sülhməramlılar monitorinq qrupumuza lazımi şərait yaratmadıİqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.
Bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş "yol xəritəsi"nə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Lakin monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və buna görə də qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupunun üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
16-12-2022, 17:35
Zəngin qazı olan ölkənin vətəndaşları qaz problemi yaşayırBu gün Tovuzun 48 yaşayış məntəqəsində qaz yoxdur. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Tovuzdan seçilən deputat Qənirə Paşayeva bildirib. “Qış ayında niyə kənd sakinləri soyuqdan donmalıdır? Qurumlar hara baxır? Qaz problemi ilə bağlı bir neçə dəfə müraciət etsək də, hələ məsələ həll olunmayıb. Mən keçən dəfə bununla bağlı Baş nazirə də müraciət etmişəm. Seçiciləri qəbul edəndə hər dəfə bu problemlər qaldırılır. Mənə bildirirlər ki, qonşuda qaz var, amma bizim evdə qaz yoxdur. Cavab verə bilmirik. Həmin sakinlər yaxşı bilir ki, cənab Prezident hansı sərəncamları verib. Vətəndaşlar bunun icra olunması tələb edirlər. Necə olur ki, xaricə qaz satırıq, amma özümüzdə qaz tapılmır. Mən aidiyyatı qurumları danışıqlar üçün çağırıram, ortaya çıxıb məsələ ilə bağlı açıqlama versinlər”,- deyə deputat bildirib.