Slovakiya ombudsmanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib .....                        ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu .....                        Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı .....                        Azad bölgələrə mal-qara aparmağa icazə verilir .....                        İcra hakimiyyəti mühafizə xidmətinə 72 min manat ayırdı .....                        Qasım bəy Zakirə aid olmayan qoşmalar üzə çıxdı - AMEA açıqladı .....                        Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb? .....                        Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                       
Tarix : 7-06-2023, 13:10
Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edildi


Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edildi

Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında icmanın sədri, millət vəkili Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verərək bildirib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkiz guşəli ulduz bir-biri ilə sintez edilərək Azərbaycan bayrağının rənglərində təcəssüm olunub. Üçbucaq şəklində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir. Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib. Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək İcmaya uğurlar diləyib. Qeyd edək ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Haccetepe Universiteti Kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə şirkət yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır. Adəm Yunisov ilk dəfə öz vətənində Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir. Adəm Yunisov həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!