Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Ermənistan şərtləri qəbul etdi - Sülh müqaviləsi üçün maneə qalmadı .....                        Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir .....                        Kənar şəxslər adınıza kredit götürə bilməyəcək .....                        İlham Əliyev görüş keçirdi - FOTO .....                        Sabah 14 dərəcə isti olacaq .....                        İran XİN rəsmən etiraf etdi: Müctəba Xamenei yaralanıb .....                        İranın raket potensialı 3 həftəyə məhv ediləcək .....                        Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq .....                       
25-11-2025, 18:47
Azərbaycanda hakimin səlahiyyətlərinə xitam verildi


Azərbaycanda hakimin səlahiyyətlərinə xitam verildi

Ali Məhkəmənin hakiminin fəaliyyətinə xitam verilib.
Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Zakir Quliyev bir müddət əvvəl öz ərazisi ilə fəaliyyətinə xitam verilməsi üçün Məhkəmə Hüquq Şurasına müraciət edib.
Məhkəmə-Hüquq Şurası müraciətə müsbət cavab verib və hakimin fəlaiyyətinə xitam verilib.
Zakir Quliyev 2016-cı ildən müddətsiz hakim təyin edilib.
25-11-2025, 18:03
Kəlbəcər stansiyalarında işlər yekunlaşır


Kəlbəcər stansiyalarında işlər yekunlaşır

Kəlbəcərdə inşası davam etdirilən bir neçə su elektrik stansiyasının gələn il yekunlaşması nəzərdə tutulur.
Bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
“Şəhərin su və kanalizasiya sisteminin qurulması istiqamətində də işlər mərhələli şəkildə davam etdirilir. Su anbarları və təmizləyici qurğular tikilir”, - o əlavə edib.
25-11-2025, 17:50
Kəlbəcərin Zar kəndinə də köç olacaq


Kəlbəcərin Zar kəndinə də köç olacaq

Gələn ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə sakinlərin köçürülməsi planlaşdırılır.
Bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
Onun sözlərinə görə, kənddə artıq tikintiyə başlanılıb.
“Kəlbəcərə özəl investisiyanın cəlb olunması istiqanətində müvafiq addımlar atılır. Ticarət və çoxfunksiyalı zonaların yaradılması üzrə irəli sürülən təşəbbüslərə aidiyyəti qurumlarla baxılmaqdadır. Bir neçə layihə icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak təlabatını ödəmək üçün modul tipli sahibkarlıq obyektləri qurulub”.
25-11-2025, 17:41
Kəlbəcərdə təhsil kompleksi tikilir


Kəlbəcərdə təhsil kompleksi tikilir

Kəlbəcərdə tikintisi davam etdirilən təhsil kompleksinin gələn il təhvil verilməsi gözlənilir.
Bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
Onun sözlərinə görə, şəhər parkı, İşğal və Zəfər muzeyləri kompleksinin, habelə İstisu qəsəbəsinin layihələndirmə işləri aparılır.
“Bölgənin sağlamlıq və turizm potensialının artırılmasında mühüm əhəmiyyət daşıyan İstisu Müalicə İstirahət Kompleksinin də 2026-cı ildə təhvil verilməsi gözlənilir”.
25-11-2025, 17:37
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır


Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır

20 gündən artıqdır Azərbaycan yük maşınları Batumi və Tbilisi gömrük-keçid məntəqələrində saxlanılır.
Onun sözlərinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır: “Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçir. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.
A.Kərimov bildirib ki, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılır. O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.
Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, onlara yazılı ərizə ilə müraciət edilib və hazırda bu işlə məşğuldurlar.
“TIR” sürücüləri “Qafqazinfo”ya bildiriblər ki, yük sahibləri Azərbaycan maşınlarına yox, gürcü maşınlarına xeyir versin deyə Gürcüstan tərəfi qeyri-rəsmi inzibati tədbirlər həyata keçirir.
25-11-2025, 00:01
Kəlbəcərin azadlığa qovuşduğu gündür


Kəlbəcərin azadlığa qovuşduğu gündür

Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Rayonun məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində otuz mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir.
Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
“İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.
Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşa edilib. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərd qalaları da digər qədim alban abidələri sırasına daxildir.
Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur.
Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir.
2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
2023-cü il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il il sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbəni tərənnüm edən rəmzlərdən biridir.
Ötən il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.
Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində xalqımızın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Qeyd edək ki, bu il rayona ilk köç baş tutub .
24-11-2025, 22:19
Bakıdakı maşın bazarı Ağdama köçürüləcək


Bakıdakı maşın bazarı Ağdama köçürüləcək

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.
Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.
Strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.
Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.
Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək.
Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünəməxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir.
Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərələri və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm regionlarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi üzrə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır.
Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir.
Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.
Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.
Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.
24-11-2025, 21:59
Salyan sakini itkin düşdü


Salyan sakini itkin düşdü[/size]

Salyan rayon sakini itkin düşüb.
Salyan rayon sakini, 1996-cı il təvəllüdlü İsmət Fikrət oğlu Məmmədzadə noyabrın 21-də yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.
İ.Məmmədzadənin əlamətləri: boyu 172 sm, arıq bədən quruluşludur. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055 390 87 87, 050 693 19 38) məlumat vermələri xahiş olunur.
24-11-2025, 17:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO


Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.
Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.
Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.
Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.









24-11-2025, 17:36
Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb


Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb

Rusiyanın noyabrın 14-dəki hava hücumu nəticəsində Ukraynada Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib.
Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov bildirib ki, səfirlik binasına dəyən ziyan aradan qaldırılıb:
"Diaspor olaraq hadisənin baş verdiyi ilk gündən səfirimizin və səfirlik işçilərinin yanındayıq. Bütün xərcləri Azərbaycan dövləti özü qarşılayaraq, dəyən ziyanı aradan qaldırıb. Dövlətimiz səfirliyimizə öz maddi və mənəvi dəstəyini göstərib. Bildiyiniz kimi, ərazidə böyük yanğın baş vermiş, texniki vasitələr, maşınlar zədələnmişdi. Kiyev meriyası tərəfindən məhz ərazinin təmizlənməsi, kommunal xidmətlər operativ şəkildə həyata keçirilib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!