TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
25-12-2025, 20:35
Prezident Everesti fəth edən Vəfanı da təltif edib


Prezident Everesti fəth edən Vəfanı da təltif edib

Bu gün Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançısı və idman mütəxəssisini təltif edib.
Azərbaycanda idmanın inkişafında xidmətlərilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Vəfa Musayeva da yer alıb.
Qeyd edək ki, Vəfa Musayeva bir neçə ay əvvəl dünyanın ən yüksək nöqtəsi hesab edilən Everest zirvəsini fəth edib.
Qeyd edək ki, 8848 metr yüksəkliyə malik olan Himalay dağ silsiləsindəki Everest zirvəsi, ekstremal hava şəraiti və oksigen çatışmazlığı ilə tanınır. Buraya qalxmaq adətən 40-60 gün davam edən ağır fiziki və psixoloji hazırlıq tələb edir. Vəfa bu zirvəni fəth edən ilk azərbaycanlı qadındır. O, Lhotse (8.516 metr) zirvəsini də fəth edib
O, uzun illər "BSB – British School in Baku", "Baku Oxford School" (Şəmkir), "Azerbaijan British College", "Azerbaijan Teacher Development Centre"də müəllim kimi fəaliyyət göstərib.
Vəfa Musayeva magistr təhsilini Azərbaycan Dillər Universitetində İngilis və Amerika ədəbiyyatı üzrə alıb. O, ABŞ Dövlət Departamentinin "International Visitor Leadership Program" (IVLP) məzunu və "Adler International Learning" institutunun peşəkar kouçluq üzrə proqramını uğurla tamamlayıb.
25-12-2025, 19:26
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi


Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Bildirilir ki, hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

25-12-2025, 19:24
Saleh Səmədovun həbs müddəti uzadıldı


Saleh Səmədovun həbs müddəti uzadıldı

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
Bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
25-12-2025, 18:30
Daxili Qoşunların komandanını Prezident təyin edəcək


Daxili Qoşunların komandanını Prezident təyin edəcək

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.
Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.
Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.
Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.
25-12-2025, 18:23
Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!


Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!

Qazaxıstan 2024-cü ildə Aktaunun yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı araşdırmanın aralıq hesabatını açıqlayıb.
Qazaxıstanın Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı istintaq komissiyası hava gəmisinin bort registratorlarını çıxarıb və məlumatların deşifrə edilməsi başa çatdırılıb.
Nazirlik vurğulayıb ki, istintaqın yekun nəticələri faktlara əsaslanacaq və obyektiv şəkildə təqdim ediləcək.
Aralıq hesabatda qeyd olunur ki, qəzaya uğrayan təyyarənin gövdəsində döyüş sursatına xas zədələyici elementlərə bənzər izlər aşkar edilib. Lakin həmin elementlərin konkret mənşəyi və kimə məxsus olduğu hələlik müəyyən olunmayıb. Eyni zamanda, istintaq zamanı təyyarənin göyərtəsində partlayıcı maddələrin izlərinə rast gəlinmədiyi bildirilib.
Qazaxıstan tərəfi istintaqın davam etdiyini və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün bütün texniki və ekspert imkanlarından istifadə olunduğunu bəyan edib. Rəsmi açıqlamada prosesin beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun aparıldığı xüsusi vurğulanıb.
Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.
Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.
25-12-2025, 18:18
Müxalif deputatın oğlu hakim təyin olundu


Müxalif deputatın oğlu hakim təyin olundu

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.
Onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.
O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.
Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
Deputatın 3 övladı var.
25-12-2025, 18:06
Prezident "Daxili qoşunları haqqında" qanunu TƏSDİQLƏDİ


Prezident "Daxili qoşunları haqqında" qanunu TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Daxili qoşunları haqqında" qanunu təsdiqləyib.
Qanun Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Qanunda daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
25-12-2025, 17:02
Azərbaycan klubu iranlı futbolçu ilə yollarını ayırdı


Azərbaycan klubu iranlı futbolçu ilə yollarını ayırdı

“Karvan-Yevlax” iranlı futbolçu Səid İranxanla yollarını ayırıb.
Klubdan bildirilib ki, mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mövsümün əvvəlində komandaya cəlb olunan Səid bu müddət ərzində 10 oyunda 1 qolla yadda qalıb.
25-12-2025, 16:53
Köç karvanı Ağdama çatdı - Açarlar təqdim olundu


Köç karvanı Ağdama çatdı - Açarlar təqdim olundu

Bu gün Ağdam şəhərinə 103 ailə olmaqla, ümumilikdə 405 sakin geri qayıdıb.
Doğma yurda qayıdan sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb.
Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.
25-12-2025, 16:44
Dostunun bank kartından oğurluq edən şəxs saxlanıldı


Dostunun bank kartından oğurluq edən şəxs saxlanıldı

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb. Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!