Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
31-08-2022, 22:49
Zaqatalada yanğın belə söndürülür


Zaqatalada yanğın belə söndürülür

Xəbər verildiyi kimi, ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

31-08-2022, 22:42
Buster doza vurduranların sayı


Buster doza vurduranların sayı/size]

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 608 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 134 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 860 396 təşkil edir.
31-08-2022, 22:24
Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi


Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi

“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi qeydiyyata alınacaqlar. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidməti isə siyahıdan çıxarılıb. Beləliklə, son dəyişiklikdən sonra çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xüsusi qeydiyyata alınacaqlar.
31-08-2022, 22:21
Yoluxma sayı yenə 600-ü keçdi


Yoluxma sayı yenə 600-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4032, indiyədək isə ümumilikdə 7 155 246 test icra olunub.

31-08-2022, 22:18
Qorbaçov Azərbaycanda necə xatırlanacaq...


Qorbaçov Azərbaycanda necə xatırlanacaq...

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ölümü Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Qərb dünyasının haqqında təriflər yağdırdığı, rusların nifrət etdiyi 92 yaşlı Qorbaçov Azərbaycanda əli günahsız insanların qanına bulaşmış 20 yanvar qatili kimi xatırlanır. İllər ötsə də, SSRİ-ni dağıdan lənətlənmiş siyasətçi nifrətlə yad olunur. Bu barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Mixail Qorbaçov Azərbaycan tarixində mənfi obraz kimi yadda qalacaq. Çünki 20 yanvar qırğınında onun bilavasitə rolu olub. Bu, hər kəs tərəfindən qəbul edilən faktdır. Deputatın sözlərinə görə, dünyanın və Azərbaycanın Qorbaçovun fəaliyyətinə münasibəti bir-birindən kəskin fərqlənir: "Dünyanın Qorbaçovun fəaliyyətinə yanaşması müsbətdir. Onun SSRİ-nin dağılmasına səbəb olması dünya tərəfindən mütərəqqi tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan isə onu haqlı olaraq cəllad, Azərbaycan xalqının qanını içən cinayətkar kimi qiymətləndirir”.



Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə vurğulayıb ki, Mixail Qorbaçov 20 yanvar qırğınını törətdiyinə, Azərbaycan xalqını satdığına və SSRİ-ni dağıtdığına görə həmişə lənətlənəcək.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, SSRİ-nin ilk və son prezidenti olmuş Qorbaçov tək Azərbaycan xalqı tərəfindən deyil, bütün keçmiş sovet xalqları tərəfindən cinayətkar, boşboğaz siyasətçi kimi xatırlanacaq. Q.Hüseynli Qorbaçovun cinayətlərindən bəhs edərək deyib: “SSRİ-nin birinci və sonuncu prezidenti olmuş bu şəxs Gürcüstanda, Lativayada və xüsusilə də, Azərbaycanda qırğınlar törədilməsinə görə məsuliyyət daşıyırdı. Xüsusilə də, Azərbaycana konstitusiyaya zidd olaraq fövqəladə vəziyyət elan etmədən qoşun yeritməsi minlərlə günahsız insanın ölümünə səbəb oldu. Bu insanın Azərbaycana qarşı yürütdüyü siyasətin fəsadlarını bu gün də aradan qaldırmamışıq. Onun dəstəyi ilə Qarabağda üstünlük əldə etmiş separatçı ermənilər hələ də Xankəndidə məskunlaşırlar. Bütün bu əməllərinə görə, o, təbii ki, mənfi siyasətçi kimi Azərbaycan xalqının yaddaşına həkk olunacaq”.

31-08-2022, 22:08
Ov edən şəxslər cəzalandırıldı


Ov edən şəxslər cəzalandırıldı

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxslər saxlanılıb. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
31-08-2022, 21:37
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirildi


Sabirabadda toxum sərgi-satış yarmarkası keçirildi

Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Sabirabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Tədbiri açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu gün rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Rayon əhalisinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə istehsal müəssisələri yaradılır, fermerlərə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəlmiş müvafiq işlər aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Sabirabadda keçirilən toxum sərgi-satış yarmarkasına maraq böyükdür. Beş rayondan gəlmiş fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. Yarmarkada həm yerli, həm də xarici sort toxumlar nümayiş olunur. Fermerlər sertifikatlı toxumlara üstünlük verməlidirlər. Əkin materialı kimi sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır. Tədbir iştirakçıları daha sonra toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Yarmarkada fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub. Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 2-də Cəlilabad rayonunda keçiriləcək.
31-08-2022, 21:34
Bakı və İrəvan arasında yeni razılaşma olacaq - Lavrov


Bakı və İrəvan arasında yeni razılaşma olacaq - Lavrov

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupu məşğul olur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında bildirib. “Ən yaxın vaxtda razılaşmalar olacaq. Rusiya tərəflər arasında sıx əlaqədədir”,- deyə Lavrov vurğulayıb. Lakin XİN başçısı razılaşmaların nədən ibarət olacağı haqda ətraflı məlumat verməyib.
31-08-2022, 15:27
Laçın şəhəri, Sus və Zabuxa içməli su veriləcək


Laçın şəhəri, Sus və Zabuxa içməli su veriləcək

Avqustun 26-da Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə qurumun mühəndis-texniki heyəti, qəza-bərpa briqadasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb. Bu barədə “Azərsu” ASC məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda içməli su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə ilkin olaraq su mənbəyi, magistral su kəməri və digər hidrotexniki qurğularda təftiş işləri aparılıb. Məlum olub ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb, bir nöqtədə kəmərin içərisinə böyük bir ağac kötüyü yerləşdirilib. Bakıdan, 5 və 7 saylı regional sukanal idarələrindən Laçına ezam olunmuş mütəxəssislərin gərgin fəaliyyəti nəticəsində avqustun 31-də alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun gətirilməsi təmin edilib. Laçın şəhərində xidməti vəzifələrini yerinə yetirən, eləcə də təmir-bərpa işlərinə cəlb olunmuş şəxsi heyəti su ilə təmin etmək üçün sudoldurucu qüllə quraşdırılıb, su təminatı əraziyə cəlb olunmuş üç ədəd sudaşıyan maşınla aparılır. Hazırda “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqadasından ibarət qrup Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirləri davam etdirir. Xatırladaq ki, 2021 və 2022-ci illərdə təxirəsalınmaz tədbirlər çərçivəsində “Azərsu” ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün üç nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna da xidmət göstərilib. Qeyd edək ki, “Azərsu” ASC-nin hazırda Kəlbəcər və Zəngilan rayonlarında, Şuşa şəhərində və Hadrut qəsəbəsində fasiləsiz xidməti təmin edən sahələri fəaliyyət göstərir.


31-08-2022, 15:24
Bakıda yeni virus yayılıb - Səhiyyə Nazirliyi


Bakıda yeni virus yayılıb - Səhiyyə Nazirliyi

Son günlərdə Bakıda rotavirus infeksiyası yayılıb. Bu barədə danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib ki, infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır: "Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr gösətir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!