“Qarabağ” qələbə qazandı .....                        Tramp məni oğlu kimi görür - Zelenski .....                        Ramazanın 25-ci günündə imsak və iftar vaxtı .....                        Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ .....                        Müharibəni dayandırın! .....                        Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                       
5-09-2025, 18:07
Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ


Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qurumdan bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
5-09-2025, 17:59
Bu ilin sonuncu Ay tutulması olacaq


Bu ilin sonuncu Ay tutulması olacaq

Sentyabrın 7-də cari ilin ikinci və son Ay tutulması olacaq.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan “Qanlı Ay”ı saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
Qeyd edilib ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.
Ay və Günəş tutulmalarının müşahidə olunmasının səbəbi Yerlə Ayın orbitlərinin müstəvilərinin demək olar ki, eyni bir müstəvidə yerləşməsi və Ayla Günəşin disklərinin səmada ölçülərinin eyni olmasıdır. Onlar bir düz xətt üzrə düzülərkən tutulmalar müşahidə olunur. Tutulmanın tam və ya qismən olması isə göy cisimlərinin konfiqurasiyası və müşahidəçinin mövqeyindən asılı olur. Çünki tutulmalar Ay və Yerin orbitlərin kəsişmə nöqtələri (düyün nöqtələri) və ətrafında müşahidə olunur. Kəsişmə nöqtəsindən uzaqlaşdıqca Ay və Günəşin disklərinin örtülməsi faizi də azalır. Yerdəki müşahidəçi isə kölgənin mərkəzində yerləşərsə tam, kölgənin kənarlarına doğru qismən, yarımkölgədə isə yarımkölgəli tutulmanı izləmiş olur.
5-09-2025, 17:28
Horadiz-Ağbənd dəmir yolu ilə yüklərin daşınmasına başlanıldı


Horadiz-Ağbənd dəmir yolu ilə yüklərin daşınmasına başlanıldı

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına start verilib.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları! QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.
Onun sözlərinə görə, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilomterdir (yan yollarla birlikdə 140,6 kilometr): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb".
C. Əlövsətov vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir".
O əlavə edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib:
"3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67 % təşkil edir".
5-09-2025, 17:03
Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalandı


Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalandı

Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb.
İmzalanan sənədlər arasında - Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, "SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD." və "PANNONPHARMA" arasında Anlaşma Memorandumu var.
Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar. Digər sənədlərə isə hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri imza atıblar.
5-09-2025, 16:54
Quldurluq və soyğunçuluq edən şəxs saxlanıldı


Quldurluq və soyğunçuluq edən şəxs saxlanıldı

Abşeron rayonunda quldurluq cinayəti qeydə alınıb. Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında zərərçəkəni kəsici alətlə hədələyərək içərisində mobil telefon və 270 manat olan çantasını ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Z. Camalov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin bir neçə gün əvvəl Binəqədi rayonunda vətəndaşların birinin içərisində qızıl-zinət əşyası, mobil telefon və pul olan çantasını soyğunçuluq yolu ilə taladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
5-09-2025, 16:38
"Semaşko"da elektron növbə sistemi TƏTBİQ EDİLDİ


"Semaşko"da elektron növbə sistemi TƏTBİQ EDİLDİ

Tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir.
Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək.
Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər.
Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.

5-09-2025, 16:29
Novxanıda balıq ovlayanlar cəzalandırıldı - FOTO


Novxanıda balıq ovlayanlar cəzalandırıldı - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın 3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.
Nazirlikdən verilən məlumata görə, reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan Vüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarov müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir.
İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.

5-09-2025, 15:27
Bakının iki mərkəzi küçəsi maşınlar üçün BAĞLANIR


Bakının iki mərkəzi küçəsi maşınlar üçün BAĞLANIR

Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.
5-09-2025, 15:05
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı


Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub.
Araşdırmalar davam etdirilir.
5-09-2025, 15:00
Türkiyədən mühüm addım: “Altay” tanklarının seriyalı istehsalı başladı


Türkiyədən mühüm addım: “Altay” tanklarının seriyalı istehsalı başladı

Türkiyə müdafiə sənayesində mühüm mərhələyə qədəm qoyub.
Anadolu agentliyinin məlumatına görə, Ankarada yerləşən BMC zavodunda “Altay” əsas döyüş tankının seriyalı istehsalına start verilib.
BMC şirkətinin İdarə Heyətinin sədri Fuad Tosyalı bildirib ki, zavod ötən il qurulmasına baxmayaraq, artıq seriyalı istehsalı həyata keçirməyə başlayıb: “Biz inanırıq ki, bu istehsal Türkiyə Silahlı Qüvvələrinin və tərəfdaş ölkələrin müdafiə ehtiyaclarını ödəyəcək”, – deyə o qeyd edib.
Şirkətin törəmə qurumu olan "BMC Power" hazırda gücü 400–1500 at gücü arasında dəyişən yerli hərbi mühərriklərin hazırlanması üzərində işləyir. Tosyalının sözlərinə görə, şirkətin yaratdığı BATU güc qurğusu “Altay” tanklarında istifadə edilməzdən əvvəl genişmiqyaslı sınaqlardan keçməlidir.
“Mühərrikin 10 min kilometr məsafəni qət etməsi və məhsuldarlıq testlərindən uğurla çıxması nəzərdə tutulub. Hazırda bütün proqram qrafik üzrə davam edir, hər hansı nasazlıq qeydə alınmayıb. Tankla yanaşı, hava və müdafiə sistemləri də paralel olaraq sınaqdan keçirilir”, - deyə şirkət rəhbəri vurğulayıb.
BMC rəhbərliyi əlavə edib ki, zavod yalnız “Altay” tanklarının deyil, həm də “Altug” adlı yeni 8 təkərli döyüş maşınlarının istehsalını həyata keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!