Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
9-10-2025, 14:52
İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı


İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub.
Hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
9-10-2025, 14:14
Zakir Həsənov Yaşar Gülərlə görüşdü


Zakir Həsənov Yaşar Gülərlə görüşdü

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.
Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.
İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

9-10-2025, 13:55
Vəngli kəndinə daha 112 nəfər qayıtdı - FOTO


Vəngli kəndinə daha 112 nəfər qayıtdı - FOTO

Ağdərə rayonunun Vəngli kəndinə daha bir köç mərhələsi gerçəkləşib. Oktyabrın 9-da 28 ailədən ibarət 112 nəfər dogma elinə qayıtdı.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, kənddə bərpa edilən yaşayış evlərinin açarları keçmiş məcburi köçkünlərə təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edərək, onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayıb.
M. Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə, sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, Vəngli kəndinə bugünədək 188 nəfərdən ibarət 51 ailə köçürülmüşdü. Beləliklə, bu gün gerçəkləşən köçlə birlikdə kəndə ümumilikdə 79 ailə, 300-dən çox sakin qayıdıb.







9-10-2025, 13:02
Narkotikin təsiri ilə avtobusu sürən şəxs həbs olunub - VİDEO


Narkotikin təsiri ilə avtobusu sürən şəxs həbs olunub - VİDEO

Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
DİN-dən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

9-10-2025, 12:48
Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir


Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

Türkiyənin Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir.
Bbu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
9-10-2025, 12:45
Tanınmış vəkilin fəaliyyəti dayandırıldı


Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib.
Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.
Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.

8-10-2025, 18:43
Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür


Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür

“Bakı Metropoliteni” sərnişinlər üçün yeni informasiya sistemini istifadəyə verib.
Bəzi stansiyalarda qatarın nə zaman gələcəyi tabloda əks olunur.
Əvvəllər mövcud sistemdə yalnız qatarın nə zaman stansiyadan çıxdığı göstərilirdi. Yeni tablolar isə bu ənənəni dəyişərək sərnişinlərə qatarın yaxınlaşma vaxtını izləmək imkanı yaradır.
Layihə “Bakı Metropoliteni” tərəfindən pilot mərhələdə həyata keçirilib və artıq bir neçə stansiyada sınaqdan uğurla keçirilib. Sistem gələcəkdə bütün metro stansiyalarında mərhələli şəkildə tətbiq olunacaq.
Bakı metrosundan sorğumuza cavab olaraq bildirilib ki, hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.
8-10-2025, 17:55
Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş


Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
Öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.
8-10-2025, 17:44
Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı


Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir.
8-10-2025, 17:32
İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI


İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.
Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.
Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.
AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!