Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
10-09-2025, 13:56
Baş nazir bu qurumları Nazirliyin tabeliyindən çıxardı


Baş nazir bu qurumları Nazirliyin tabeliyindən çıxardı

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.
10-09-2025, 13:38
Əsgərlərin valideynlərlə görüşü qadağan edildi


Əsgərlərin valideynlərlə görüşü qadağan edildi

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.
10-09-2025, 12:49
Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır


Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır

2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması planlaşdırılıb. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək ərazilərin müəyyənləşdirilməsi, 2027-ci ildə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrası nəzərdə tutulub.
Eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb.
Belə ki, 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələrinin müəyyən ediləcək, 2026-cı ildə müvafiq yaşayış məntəqələrinin məişət-təsərrüfat sahəsində yeraltı sularından istifadəyə dair layihələr hazırlanacaq, 2027-ci ildə su təminatında təmizlənmiş yeraltı sulardan istifadəyə dair 1 pilot layihə həyata keçiriləcək.
10-09-2025, 12:04
Sabahın havası


Sabahın havası

Azərbaycanda sentyabrın 11-də Bakı və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 27-30, dağlarda gecə 8-13, gündüz 14-17 dərəcə isti olacaq.
9-09-2025, 23:42
Oyunçularım müəyyən qədər təzyiq altında idilər - Ayxan Abbasov


Oyunçularım müəyyən qədər təzyiq altında idilər - Ayxan Abbasov

Gözəl oyun üçün futbolçularıma təşəkkür edirəm”.
Bu sözləri Azərbaycan millisində baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis matçın komandası üçün yaxşı alındığını söyləyib: “Hesab nə olursa, olsun oyunçularıma təşəkkür edəcəkdim. Onlar müəyyən qədər təzyiq altında idilər. Rəqibdən xal ala bildik. Düşünürəm ki, azarkeşlərimiz sayəsində bunu bacardıq. Sona qədər bizimlə oldular və futbolçuları ruhlandırdılar. Emin Mahmudovun qolu bizi çox sevindirdi. Hətta oyunçular da ondan qol gözləyirdilər. Toral Bayramovun da meydana daxil olması görüşün gedişatına müsbət mənada təsir göstərdi”.
O, rəqibin heyətində texnikalı oyunçuların olduğunu deyib: “Buna baxmayaraq, komandamız mübarizə apardı. Yığmamızın bütün üzvlərində milli ruh və motivasiya görünürdü. Bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq”.
A.Abbasov Fransa ilə keçiriləcək qarşılaşma üçün gözləntilərindən danışıb: “Fransa ilə oynamaq futbolumuzun inkişafı üçün dəyərlidir. Təbii ki, asan olmayacaq. Bunun üçün bizə vaxt lazımdır. İndidən nəsə demək də düzgün deyil. Çünki AFFA-nın mənimlə bağlı verəcəyi qərarı hələ bilmirik. İndiki durumda gözləmək lazımdır”.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.
9-09-2025, 21:57
Millimizdən “möcüzə” - Heçə-heçəyə sevindik


Millimizdən “möcüzə” - Heçə-heçəyə sevindik

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.
Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.
Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.
9-09-2025, 17:07
"Abzas Media" əməkdaşları barədə qərar elan edildi


"Abzas Media" əməkdaşları barədə qərar elan edildi

"Abzas Media" əməkdaşlarının barələrində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.
9-09-2025, 16:49
Liman şəhərinin Baş planı təsdiqləndi


Liman şəhərinin Baş planı təsdiqləndi

"Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı" təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
9-09-2025, 16:43
Millimiz Polşaya uduzdu


[b]Millimiz Polşaya uduzdu[/b]

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.
9-09-2025, 16:26
Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ


Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ[/size]

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov qarşıdan gələn regional Duma seçkilərində iştirakdan imtina edib.
Bu barədə məlumatı tanınmış teleaparıcı Ruslan Ostaşko özünün “Telegram” kanalında paylaşıb.
Asif Məmmədovun namizədliyi hakim “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyahısına daxil edilmişdi. Lakin bundan dərhal sonra Rusiya mediasında və bir sıra təbliğatçılar arasında ona qarşı kampaniya başlanıb.
İddia edilib ki, Asif Məmmədov “rus dilində sərbəst danışa bilmir” və vaxtilə Azərbaycan prezidentinə təşəkkür məktubu göndərib. Bu arqumentlər əsasında onun İvanovo kimi “təmamilə rus bölgəsində” deputatlığa namizədliyinin “qəbuledilməz” olduğu qeyd edilib.
Rusiya təbliğat maşınının tanınmış simalarından olan Sergey Mardan hətta xəbərdarlıq edib ki, əgər Məmmədovun namizədliyi geri götürülməsə, məsələ federal miqyasda qalxacaq və həm “Vahid Rusiya”nın vilayət rəhbərliyi, həm də qubernator məsuliyyət daşıyacaq. Bu təzyiqlərin fonunda partiya Asif Məmmədovun namizədliyini geri götürdüyünü, bununla da “ictimai narazılığa reaksiya verdiyini” açıqlayıb. İvanovo vilayət seçki komissiyası artıq onun adını rəsmi siyahıdan çıxarıb.
Asif Məmmədov əslən Füzuli rayonundandır. O, 2020-ci ildə vəfat edən tanınmış iş adamı və İvanovo azərbaycanlılarının lideri Sərraf Məmmədovun qardaşıdır. Ailənin digər nümayəndəsi Ruslan Məmmədov hazırda İvanovo Dumasında deputatdır, lakin bu dəfə seçkilərdə iştirak etməyib və yaxın vaxtlarda mandatını itirəcək.
Rusiya mətbuatının yazdığına görə, Asif Məmmədov məhz onun yerini tutmağa hazırlaşırdı, lakin yaranmış rezonans nəticəsində seçkilərdən çəkilməyə məcbur qaldı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!