Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
9-09-2025, 15:40
Nəsillərə ən böyük miras


Nəsillərə ən böyük miras

Könül Quliyeva: “Milli dəyərlərin qorunması dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rol oynayır”
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bildirib ki, Azərbaycan xalqı tarixən milli dəyərlərə sadiq olub, onları qoruyaraq gələcək nəsillərə ötürüb:
“Ulu öndər Heydər Əliyev deyirdi ki, milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Məhz bu baxış bu gün də Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, dövlətimiz möhkəm milli-mənəvi dəyərlər üzərində qurulub”.
Könül Quliyeva qeyd edib ki, milli dəyərlər yalnız xalqın formalaşmasında deyil, dövlətçiliyin inkişafında da xüsusi əhəmiyyət kəsb edir:
“Milli dəyərlər həm bizim kimliyimizi qoruyur, həm də cəmiyyətin sağlam inkişafına təkan verir. Biz ümumbəşəri dəyərləri də paylaşırıq, lakin əsas dayağımız öz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərlərin uşaq və gənc nəslə aşılanması gələcəyimizin möhkəm təminatıdır”.
Onun sözlərinə görə, milli ideologiyanın mühüm tərkib hissəsi olan ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti bu gün Azərbaycan cəmiyyətinin inkişafına xidmət edir:
“Ulu öndərin də qeyd etdiyi kimi, xalqımızın ən böyük sərvəti onun mənəvi-əxlaqi mentalitetidir. Hörmət, qayğı, məhəbbət və ədalət əsrlər boyu formalaşmış dəyərlərdir və bunların qorunması gələcək nəsillərə ən böyük mirasdır”.

Pərvanə Fərhadqızı
8-09-2025, 21:45
Dəhşətli qəzada son anda xilas olan həkim imiş


Dəhşətli qəzada son anda xilas olan həkim imiş

Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.
Yayılan görüntülərdə qəza zamanı əks yolda hərəkət edən iki avtomobilin son anda faciədən yayındığı görülür.
Həmin avtomobillərdən biri tanınmış pediatr Günay Rəsulovaya məxsus olub.
O, baş verənlərlə bağlı sosial şəbəkədə bunları yazıb:
"Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".
8-09-2025, 18:50
Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi


Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.
Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor E.Dinçer isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə əzmlə çalışacağını bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
8-09-2025, 17:35
Məktəbdə şagirdlər futbolla da məşğul olacaqlar - Nazir


Məktəbdə şagirdlər futbolla da məşğul olacaqlar - Nazir

Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil Naziri Emin Əmrullayev 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.
O, AFFA-nın gördüyü işi yüksək qiymətləndirib:
"Bu qədər sevinən uşağı sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. Bu qədər uşağın bura toplaşması sözün əsl mənasında futbola sevginin bariz nümunəsidir. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, belə təşəbbüslə çıxış edir. Bu, uşaqların yaddaşında yaxşı xatirə kimi qalacaq".
8-09-2025, 17:20
Ceyhun Bayramov Cibuti XİN-in baş katibi ilə görüşdü


Ceyhun Bayramov Cibuti XİN-in baş katibi ilə görüşdü

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.
Görüş zamanı, ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş və əldə olunan razılıqların əhəmiyyəti qeyd edilib, Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.
8-09-2025, 17:12
Daha bir küçə təmirə bağlanır


Daha bir küçə təmirə bağlanır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.
8-09-2025, 17:04
Məktəbli formaları neçəyə satılır?


Məktəbli formaları neçəyə satılır?

“Bakı Tikiş Evi” ASC tərəfindən 2025/2026-cı il üçün məktəbli geyimlərinin qiymətlərində 20-33% arası endirim edilib.
Bu barədə Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, ötən illə müqayisədə geyimlərin qiymətində nəzərəçarpacaq azalma müşahidə olunur.
Məlumatda qeyd olunur ki, həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulan polo köynəklər, şalvar, jaket və ətəklərin qiyməti 2024-cü illə müqayisədə 4–10 manat arası ucuzlaşıb.
Belə ki, oğlanlar üçün polo köynək (qısaqol) 12 manatdan 8 manata, uzunqol isə 12 manatdan 10 manata düşüb. Şalvarın qiyməti 20 manatdan 15 manata, jaketin qiyməti isə 30 manatdan 20 manata endirilib.
Qızlar üçün də ötən illə müqayisə də oxşar qiymət dəyişiklikləri olub. Polo köynəklər (qısaqol və uzunqol) müvafiq olaraq 8 və 10 manata satılacaq. Şalvar və ətəyin qiyməti 15 manat, jaket isə 20 manat müəyyən edilib.
Qeyd edək ki, standart ölçülərdən (26–54) böyük, yəni 56, 58 və 60 ölçülü geyimlər əlavə parça sərfiyyatına görə 5 manat baha təklif olunacaq.
8-09-2025, 16:59
Azərbaycanın Avropada qaz satacağı ölkələrin sayı artacaq


Azərbaycanın Avropada qaz satacağı ölkələrin sayı artacaq

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə Rusiyadan qaz alışının tamamilə dayanması üçün təzyiqlər edir. Bu da Avropa ölkələrinin alternativlər axtarmağa məcbur edir.
“Gas Infrastructure Europe”un (GIE) məlumatına görə, avqustun 31-nə, yəni Avropanın yeraltı anbarlarına beş ay qaz vurulduqdan sonra ötən qış onlardan çıxarılan qazın həcminin yalnız 2/3 hissəsi doldurulub. Şirkətin hesablamalarına görə, götürülən və vurulan həcm arasında (31 avqust tarixinə) fərq əhəmiyyətlidir - 18,9 milyard kubmetr, müşahidələr tarixində bu tarixdə ikinci ən böyük fərqdir.
GIE-yə görə, anbar həcminə görə ilk beşlikdə olan Almaniya və Hollandiya da vəziyyət mənfiyə doğru düşüb. Almaniya Avropada ən böyük yeraltı anbar gücünə malikdir, onu anbarları 71,1 faiz dolub. Hollandiyada doluluq 64,8 faizdir. Bu, qəfil və ya uzun müddət davam edən soyuq hava şəraitində ciddi qaz çatışmazlığı riskləri yaradır.
Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Azərbaycan Avropa bazarında qaz satış həcmini əhəmiyyətli dərəcədə artırıb. İndiki situasiyada da, yəni Avropa ölkələrinin yüz faiz Rusiya qazından imtinası halında Azərbaycan yenidən önəmli aktora çevrilə bilər.
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzü və onun fəsadları olaraq Azərbaycan qazının Avropa bazarında satış həcmlərinin kiçik zaman kəsiyində artdığı müşahidə edilib:
"2021-ci ildə Azərbaycan Avropa məkanında 8 milyar 150 milyon kubmetr qaz satıb. 2024-cü ildə isə bu həcm 12,9 milyard kubmetrə qədər yüksəlib. Satış coğrafiyasına baxsaq, Azərbaycan 100 faiz Rusiya qazından asılı olan ölkələrə ayaq aça bilib. Məsələn Bolqarıstan 2023-cü ilin aprel ayından tamamilə Rusiya qazından imtina edib və nəticə etibarilə Bolqarıstan bazarında 50%-dən çox qaz istehlakını Azərbaycan qarşılaya bilir. Digər tərəfdən Yunanıstanın qaz tələbatının böyük hissəsi məhz "Qazprom" tərəfindən ödənilirdi. Azərbaycan Yunanıstanın qaz tələbatının 25-30 faizini ödəyir. Rusiyanın Avropada Almaniyadan sonra ən böyük satış bazarı İtaliyaydı. Rusiya İtaliyaya 45-50 milyard kub metr qazı bir ildə satırdı. Azərbaycan 10 il bundan öncə planlaşdırırdı ki, İtaliyanın haradasa, 7-8 faiz qaz tələbatını ödəyəcək. Ancaq 2024-cü ilin nəticəsi göstərir ki, bizim satdığımız qaz 16-17 faizdir".
İ.Şaban vurğulayıb ki, ABŞ-nin Avropa ölkələrinə Rusiya qazından tamamilə imtinası ilə bağlı təzyiqinin nəticəsində Azərbaycanın Avropada qaz nəql edəcəyi ölkələrin sayının artacağı ilə bağlı mülahizə həqiqəti əks etdirir:
"İkinci Dünya Müharibəsindən bu yana dünyada bu mastşabda müharibə, konfrantasiya olmayıb. Söhbət siyasi qarşıdurmadan gedir. Bunun nəticəsi bazarlara da təsir edir. Konyekturadan asılı olaraq, Rusiya qazına alternativ mənbələrdən biri kimi Azərbaycan çıxış edir. Azərbaycan Prezidenti cari ilin iyununda keçirilən Bakı Enerji Həftəsində çıxışında 2030-cu ilə qədər ixracımızı daha 8 milyard kubmetr artıracağımızı və bunun böyük qisminin Avropa bazarına yönələcəyini qeyd edib. Yəni yaxın və orta prespektivdə Avropa bazarında qaz satışımız genişlənəcək".
8-09-2025, 16:55
Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?


Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
Razılaşmaya əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir.
Maraqlı nüanslardan biri də Ermənistan vətəndaşlarının dəhlizdən istifadə edib, başqa ölkələrə gedib-gedə bilməyəcəyi ilə bağlıdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, Zəngəzur dəhliziinin açılması Ermənistan üçün də böyük dvidentlər gətirəcək:
"İkinci Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbə nəticəsində, torpaqlarımızı işğaldan azad etməklə bölgədə yeni reallıqlar yaratdıq. Yeni reallıqlar fonunda regionda yeni kommunikasiya qovşaqlarının açılması məsələsi gündəmə gəldi. Azərbaycanın irəli sürdüyü məsələlərdən biri məhz Zəngəzurdan keçən yeni kommunikasiya qovşağının istifadəyə verilməsi ilə bağlıydı. Bununla bağlı artıq razılaşmalar əldə olunub. Azərbaycanın maraqları nəzərə alınmaqla avqustun 8-də Vaşinqtonda imzalanmış müqavilələr əsasında faktiki olaraq, kommunikasiya qovşağının fəaliyyətinin fəaliyyəti ilə bağlı ciddi addımlar atılıb. Və kommunikasiya qovşağının tam istifadəyə verilməsi üçün investisyalar qoyulmalıdır. ABŞ bu prosesdə əsas rol oynayacaq. ABŞ-yə məxsus bir şirkətin prosesdə əhəmiyyətli rol oynamasıyla yanaşı, bu ölkənin qarant rolu oynaması kommunikasiya qovşağının açılması imkanlarını bir qədər də reallaşdırır və tezləşdirir. Təbii ki, kommunikasiya qovşağı açılandan sonra, yalnız region ölkələri yox, regiondankənar dövlətlər də bu layihədən yararlanacaq və iqtisadi dvidentlər əldə edilmiş olacaq. Təbii ki, bu layihədən eyni zamanda Ermənistan da çox böyük dvidentlər əldə edəcək".
Deputat vurğulayıb ki, Ermənistan dövləti ilə yanaşı, bu ölkənin vətəndaşları da bu kommunikasiya qovşağından istifadə edə biləcək:
"Ermənistan vətəndaşları da kommunikasiya qovşağından istifadə etmək imkanı əldə edirlər. Onların Gömrük və digər beynəlxalq müqavilərə əsasən kommunikasiya qovşaqlarından istifadə etmək imkanları olacaq.Məlum olduğu kimi bu kommunikasiya qovşağından azərbaycanlılar istifadə edəcək, eləcə də ölkəmiz üzərindən yüklər buradan digər ölkələrə çatdırılacaq. Ermənistan vətəndaşları da bu kommunikasiyadan istifadə etməklə Azərbaycan ərazisi üzərindən başqa ölkələrə gedə biləcəklər. Hesab edirəm ki, burada əlavə hansısa məhdudiyyətlər olmayacaq. Bütün ölkələr üçün eyni imkanlar tanınmış olacaq".
Qeyd edək ki, Ermənistan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə etməklə, əsasən İrana və Rusiyaya rahat çıxış imkanları əldə edə biləcəyi ehtimal olunur.
8-09-2025, 16:44
Tullantı sularını düzgün idarə etməyənlər 1000 manatadək cərimələnəcək


Tullantı sularını düzgün idarə etməyənlər 1000 manatadək cərimələnəcək

Azərbaycanda, əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) bildirilib.
Məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır.
Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!