Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
18-01-2025, 18:18
21 yaşlı hamilə qadın vəfat etdi


21 yaşlı hamilə qadın vəfat etdi

Naxçıvanda 21 yaşlı hamilə qadın vəfat edib. Hadisə bu gün baş verib.
Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.
G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib. Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
18-01-2025, 18:15
Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar


Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar

İmişlidə yol polisinə məxsus avtomobilin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
Mövzu ilə bağlı urbanist Anar Əliyev hadisəyə münasibətini bildirib. O, qeyd edib ki, qəzanın baş vermə səbəbi yol-infrastruktur sisteminin düzgün qurulmamasından qaynaqlanır:
"Hər birimiz bu kimi hadisələr baş verəndə günahkar axtarırıq, amma ən böyük problem yol-infrastruktur sisteminin bərbad halda olmasıdır.
İstər İmişli, istər Quba, istərsə də son iki ildə vloglarımda da göstərdiyimiz digər regionlarda yol hərəkətinin təşkilinə təhlükəsizlik baxımından yanaşma sıfır dərəcəsindədir. Bakıda hər hansısa işlər görülsə belə, hətta Gəncədə belə, yol hərəkətinin təşkilinə yeganə baxış geniş asfalt yolların çəkilməsindən ibarətdir. Ən yaxşı halda 1 metr, 30 santimetrlik piyada keçidi yaradılır. Əksər vaxtlarda isə piyada keçidləri olmur, sürücülərinin sürətlə hərəkəti üçün hər cür şərait yaradılır. Bunun da nəticəsini bu gün gördük".
Qəzanın videolarını analiz edən şəhərsalma üzrə ekspert bildirib ki, həmin yol çox güman ki, şəhərdaxili yoldur və orada sürət limiti saatda 60 km olmalıdır. Amma orada sürücülərin bu cür hərəkət etməsi üçün heç bir şərait yoxdur.
"Yol elə qurulub ki, orada saatda 100 km sürətlə hərəkət edə bilərsən. Təbii ki, sürət, digər avtomobilin yola daxil olması kimi faktorlar qəzaya təsir edib. Amma ümumi olaraq əsas problem İmişlinin küçə infrastrukturundadır. Bu nümunəyə baxdıqda görürük ki, vəziyyət necə acınacaqlıdır – piyada keçidləri yoxdur, səkilər dardır və ya yox vəziyyətindədir. Qəzanın baş verdiyi məkanda da uşaqlardan birinin yolla hərəkət etdiyini görürük, çünki səki kifayət qədər geniş deyil. Dəfələrlə bu haqda danışsaq da, görünən odur ki, heç bir nəticə vermir. Bu cür problemlər həll olmadıqca, faciəvi qəzalar da qaçılmaz olacaq".
18-01-2025, 17:01
İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN


İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
18-01-2025, 16:48
İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı


İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı

Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözgedən hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun məlumatında bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən yol polisi avtomobilinin sürücüsü xəsarət alıb.

18-01-2025, 16:13
İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI


İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI

Xəbər verdiyimiz kimi, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
TƏBİB-dən hadisə ilə bağlı bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
"Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib".
18-01-2025, 16:00
İmişlidə ölən məktəblilər yol polisinin qardaşı uşaqlarıdır


İmişlidə ölən məktəblilər yol polisinin qardaşı uşaqlarıdır

İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyətinin ağır olduğu bildirilir.
18-01-2025, 14:33
Hökumənin ailəsindən oğurlanan 80 min geri qaytarıldı - RƏSMİ


Hökumənin ailəsindən oğurlanan 80 min geri qaytarıldı - RƏSMİ

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 manat pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin olunub.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dünən dələduzların qurbanı olub. Atası Cəlil Alıyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığortapulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
18-01-2025, 14:17
Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq - Hakan Fidan


Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq - Hakan Fidan

Azərbaycanla Türkiyə arasında enerji istiqamətində əməkdaşlıq davam edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Əsas hədəfimiz Qars-Naxçıvan dəmiryolu layihəsini ən qısa zamanda həyata keçirməkdir”, - deyə nazir vurğulayıb.
Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən nazir qeyd edib:
“Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.
18-01-2025, 14:11
XİN başçıları TDT-dən danışdılar: Gücünü artırır


XİN başçıları TDT-dən danışdılar: Gücünü artırır

Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı planlar arasında diplomatların sayının artırılması da var.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
"Hər il TDT gündəliyində tədbirlərimiz zənginləşir. Bu gün təşkilat tamamilə fərqli bir gücə, faktora çevrilib. Planlar sırasında katibliyin potensialının artırılması, diplomatlarının sayının artırılması da var.
Katiblik yanında daimi nümayəndələr institutunun formalaşması təşkilatın işinə əlavə dinamika qatacaq”.
Hakan Fidan isə bildirib ki, TDT-nin daha funksional hala gətirilməsi stratejik bir addımdır.
"21-ci əsrin ilk illərindən etibarən Türk dövlətlərinin əsas faktor olduğunu görürük. TDT-nin daha funksional hala gətirilməsi stratejik bir addımdır", - o bildirib.
Nazirin sözlərinə görə, TDT əməkdaşlığını və layihələrini daha da inkişaf etdirmək üçün çalışılır.
"2025-ci ildə də daha öncəki fəaliyyətlərimizi bir addım daha irəli aparacağıq. Üzv dövlətlərin ikili və üçlü layihələri də mövcuddur. Bu da özlüyündə təşkilatın gücünü artırır. Bir birimizlə əməkdaşlığın ortaya çıxardığı uğur millətlərimizin rifahına da təsir göstərir”,- deyə H. Fidan bildirib.
Hakan Fidan, həmçinin, 2025-ci ildə TDT-nin növbəti Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini də bildirib.
18-01-2025, 14:03
Suriyadakı səfirliyimiz ən qısa vaxtda açılacaq - Nazir


Suriyadakı səfirliyimiz ən qısa vaxtda açılacaq - Nazir

Ən qısa vaxtda Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa olunacaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“2012-ci ildən sonra Suriyada heç bir diplomatik təmsilçiliyimiz yox idi. Məlum hadisələrdən dərhal sonra müvafiq addımlar arıldı. Azərbaycanın nazir müavini qardaş Türkiyə ilə əlaqəli şəkildə Suriyada olub. Səfirliyi bərpa etmək niyyətimizi açıqladıq. Müvəqqəti işlər vəkili kimi diplomatımız Suriyaya göndəriləcək. Hazırda texniki işlər görülür”,- Ceyhun Bayramov vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!