Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
14-05-2025, 14:26
Sertifikasiya ilə bağlı yenilik - Qanun dəyişir


Sertifikasiya ilə bağlı yenilik - Qanun dəyişir

Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası ilə bağlı bir sıra dəyişikliklər ediləcək.
Məsələ ilə bağlı "Əmək məcəlləsi"nə dəyişiklik təklif edilir.
Qanuna dəyişiklik layihəsində deyilir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Hazırkı qanunvericiliyə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Qanuna dəyişiklikdən sonra sertifikasiya tələb edilməyəcək.
Digər dəyişikliyə görə, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.
Qanunun müvafiq maddəsində deyilir ki, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Yeni dəyişiklikdən sonra isə “Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməyəcək. Həmçinin, yeni dəyişikliyə görə, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.
14-05-2025, 14:17
Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO


Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.
DİN-dən bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

14-05-2025, 14:09
Qubada iki nəfəri "tok" vurdu - Biri öldü


Qubada iki nəfəri "tok" vurdu - Biri öldü

Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
14-05-2025, 13:54
Trampın nümayəndəsindən Azərbaycanla Ermənistana təklif


Trampın nümayəndəsindən Azərbaycanla Ermənistana təklif

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”a müsahibəsində deyib ki, Vaşinqton “Avraam razılaşması”nın genişləndirilməsinə icazə verib.
Stiv Vitkoff Azərbaycan və Ermənistanın da yazın gələcəkdə “Avraam razılaşması”na qoşula biləcəyini qeyd edib.
"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəldi. Bu, Liviya ilə də baş verə bilər. Mən “Avraam razılaşması”na qoşulmaqdan danışıram. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hansı ki, onlar arasındakı münaqişəni həll etməyə çox yaxın olduğumuza inanırıq. Hesab edirəm ki, bu ölkələrin hər ikisi “Avraam razılaşması”na qoşulmaq istəyir", - Stiv Vitkoff deyib.
ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, “Avraam razılaşması”nın genişlənməsi prezident Donald Tramp üçün çox mühüm təşəbbüsdür və o buna inanır:
“Mən həqiqətən əminəm ki, yaxın bir neçə ay ərzində 4 və ya 5, bəlkə də 6 ölkə “Avraam razılaşması”nı imzalayacaq. Bu, Prezident Trampın dünyada sülh və sabitliyi təşviq etmək üçün xarici siyasət təşəbbüsləri haqqında mühüm siqnal olacaq”.
“Avraam razılaşması” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra sazişlərdir. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərə istinaddır.
14-05-2025, 13:23
İlham Əliyev onu yenidən direktor təyin etdi


İlham Əliyev onu yenidən direktor təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorun təyin edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.
Qeyd edək ki, Tural Piriyev ilk dəfə 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. O, əvvəllər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Fondun icraçı direktorunun və müavinin (müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

14-05-2025, 13:13
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı


“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Yasamalda qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.
Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü də saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
14-05-2025, 12:50
Məhkəmə qazi Hacı Vəliyevlə bağlı qərar verdi


Məhkəmə qazi Hacı Vəliyevlə bağlı qərar verdi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Qeyd edək ki, o, bu ilin aprel ayında saxlanılıb.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
14-05-2025, 12:34
Leysan, dolu, qar yağacaq - Sabahın havası


Leysan, dolu, qar yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bidirilib ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
14-05-2025, 12:19
85 minlik dələduzluq: "Vəzifəli şəxs" SAXLANILDI


85 minlik dələduzluq: "Vəzifəli şəxs" SAXLANILDI

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıraq həbs edilib.
45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə — aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib.
Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir.
Hazırda istintaq hərəkətləri davam edir.
14-05-2025, 12:02
Azad edilmiş rayonlara şəxsi maşınla getmək olar


Azad edilmiş rayonlara şəxsi maşınla getmək olar

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.
Bu barədə Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
2025-ci ilin mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
“Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!