Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi .....                        Mədinədə faciə yaşandı - 45 nəfər öldü .....                        ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                       
24-10-2024, 17:02
Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq


Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclası zamanı baş tutub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
23-10-2024, 21:46
Prezident Kazanda rəsmi ziyafətdə


Prezident Kazanda rəsmi ziyafətdə

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.





23-10-2024, 18:30
Bakı Türkiyədəki terror aktını pisləyir


Bakı Türkiyədəki terror aktını pisləyir

Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
“Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”
23-10-2024, 17:48
Tunel və yollar yağış sularından təmizlənib - VİDEO


Tunel və yollar yağış sularından təmizlənib - VİDEO

Güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.

23-10-2024, 00:06
Güləşçimiz Avropada medal qazandı


Güləşçimiz Avropada medal qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına start verilib.
Mundialda əvvəlcə 60, 67, 72, 82 və 97 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.
Nihad Quluzadə (60 kiloqram) yaponiyalı Yaşuhito Moriyə (6:3), amerikalı Maksvel Blaka (9:0) və iranlı Mohammadmehdi Qolampura (10:5) qalib gələrək yarımfinala yüksəlib. Finalında bir addımlığında özbəkistanlı Əlişir Qəniyevlə (0:9) bacarmayan Nihad rumıniyalı Denis Mihaya elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələrək U-23 dünya çempionatını bürünc medalla başa vurub.
Fərid Xəlilov (67 kiloqram) isveçli Niklas Oehlenə 4:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Razzak Bəyşekevə 1:4 hesab ilə məğlub olub. Xəlilov təsəlliverici görüşlərdə albaniyalı Daniel Dayani (8:0) və yaponiyalı Haruto Yabedən (6:4) güclü olub. Fərid bürünc medal uğrunda qarşılaşmada polşalı Arslanbek Salimova uduzub – 4:8.
Ruslan Nurullayev (72 kiloqram) belaruslu İliya Valeuskini (8:7) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda özbəkistanlı Abror Atabayevlə gərgin keçən görüşdən məğlub ayrılıb – 2:3.
Elmin Əliyev (82 kiloqram) polşalı İslam Aliyevə (9:0) və çinli Kun Huanqa (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lənkəran güləş məktəbinin yetirməsi finalın bir addımlığında amerikalı Beka Melelaşviliyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Elmin 3-cü yer uğrunda görüşdə gürcüstanlı Data Çxaidzeyə uduzub – 1:9.
Murad Əhmədiyev (97 kiloqram) ukraynalı Yuri Doroqanı (5:2) yarışdan uzaqlaşdırsa da, 1/8 finalda isveçli Alqot Kaellmana minimal fərqlə (3:4) məğlub olub.
22-10-2024, 23:59
Nikolas Şmitin əsassız və qərəzli bəyanatını rədd edirik


Nikolas Şmitin əsassız və qərəzli bəyanatını rədd edirik

Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Avropa Parlamentində müzakirələr zamanı səsləndirdiyi əsassız iddialarına dair şərhində yer alıb.
"Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.
Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır.
AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir", - A.Hacızadə qeyd edib.
XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqının aidiyyəti qurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur: "Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha nümayiş etdirir.
Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülh və sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq".
22-10-2024, 21:56
Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı


Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.
Bu tədbirlərə emissiyaların azaldılması – enerji səmərəliliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.
Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.
22-10-2024, 21:31
“Tezliklə sülh müqaviləsi bağlanacaq “- VİDEO


“Tezliklə sülh müqaviləsi bağlanacaq”- VİDEO

“Cənubi Qafqaz ən qaynar dövrünü yaşayır. İndi Ermənistan cəmiyyətində Azərbaycanla sülh bağlamaq istəyənlərin sayı artır".
Bu fikirləri Real Televiziyasının efirində Millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, indi Cənubi Qafqazın ən qaynar nöqtəsi Gürcüstandır.
“Qonşu Gürcüstanda seçkilərə sayılı günlər qalır. Burada ciddi rəqabət var. Bu ərəfədə ABŞ prezidenti Co Bayden Cənab İlham Əliyevə məktub yazaraq Ermənistanla sülh bağlamağa çağırır. Hesab edirəm ki, tezliklə sülh müqaviləsi bağlanacaq “- deyə Cavanşir Feyziyev bildirib.

22-10-2024, 19:41
Məhdudiyyət tam aradan qaldırıldı


Məhdudiyyət tam aradan qaldırıldı

Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilbi ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
22-10-2024, 19:10
Müsəlman ölkələrinin səfirləri ilə görüş


Müsəlman ölkələrinin səfirləri ilə görüş

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ölkədə akkreditə olunmuş səfirləri ilə görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüşdə ölkənin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.
C.Bayramov çıxışında Azərbaycanın qardaş müsəlman ölkələri ilə dərin münasibətlərin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.
Ölkəsinin COP29 sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verib.
Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. Noyabrın 11-22-də keçiriləcək konfrans zamanı ümumilikdə müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir kitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.
Nəticə etibarilə, bu günədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu-York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.
Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğunu qeyd edib.
Habelə bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək ölkələr arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.
COP29 çərçivəsində ölkəsinin hazırlıq işlərindən danışan Hikmət Hacıyev sədrliyin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.
Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan-Ermənistan normallaşma prosesinin, “Azərbaycanın neft ölkəsi olması” məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.
Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.
Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!