ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                        Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı .....                        İranın nüvə probleminin hərbi həlli yoxdur - Abbas Əraqçi .....                       
13-10-2024, 12:28
Bu yolda narazılığa səbəb olan qoşa xətt silindi


Bu yolda narazılığa səbəb olan qoşa xətt silindi

Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində edilən dəyişikliklər başa çatdırılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz edilib.
Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkətinə imkan verəcək.
Artıq işlər tam yekunlaşıb.
13-10-2024, 11:40
Sabahın havası - Güclü külək əsəcək, yağış yağacaq


Sabahın havası - Güclü külək əsəcək, yağış yağacaq

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
13-10-2024, 11:16
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi


Bakıdan Laçına ilk müntəzəm avtobus reysi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
AYNA-dan bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.
Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.
12-10-2024, 22:50
Boksçumuz çempionata qələbə ilə başladı


Boksçumuz çempionata qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.
Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.
12-10-2024, 22:16
TƏBİB-də yeni təyinat


TƏBİB-də yeni təyinat

Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.
Bu barədə TƏBİB rəhbəri qərar verib.
Qeyd edək ki, A.Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
12-10-2024, 21:47
58 yaşlı qadın toyda öldü


58 yaşlı qadın toyda öldü

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.
Fakt araşdırılır.
12-10-2024, 21:05
Direktorluqdan imtina etdi: Xankəndiyə müəllimi kimi qayıtdı


Direktorluqdan imtina etdi: Xankəndiyə müəllimi kimi qayıtdı

Bəzən həyat bizə gözlənilməz və bir o qədər də əlamətdar seçimlər təqdim edir.
“Azərbaycan müəllimi”nin həmsöhbət olduğu Günay Musayeva da bu cür seçimlərdən biri ilə qarşılaşıb. Biz onunla Xankəndidə ezamiyyətdə olduğumuz zaman tanış olduq. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin gənc müəllimi Günay Bərdədə uğurlu pedaqoji karyerasında direktor vəzifəsini icra edərkən, böyük arzularını həyata keçirmək üçün Böyük Qayıdış proqramının bir parçası olmağa qərar verib.
“Mən əslən Xankəndidənəm. İlk pedaqoji fəaliyyətimə Bərdə rayon 2 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçərək, ibtidai sinif müəllimi kimi başlamışam. Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışam”, - deyə Günay müəllim sözə başladı.
O, ətrafımızdakı məktəb tənəffüsü səs-küyünə, müsahibənin təbii stresinə baxmayaraq o qədər səlis və ruh yüksəkliyi ilə danışırdı ki, verdiyi qərarın düzgünlüyünə əminliyi, bundan məmnunluğu aydın hiss olunurdu:
“Böyük Qayıdış prosesində iştirak etmək imkanım olduğunu biləndə tutduğum vəzifədən imtina edərək Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışmaq qərarına gəldim. Bu, mənim reallığa çevrilən xəyallarım, uşaqlıq arzularım idi, çin olan yuxularım idi. Burada canla-başla öz vəzifəmi yerinə yetirirəm. Nə yaxşı ki, biz buradayıq”.
O, özünə Xankəndi şagirdlərinin müəllimi deyirdi. Özünü belə adlandırırdı söhbət əsnasında hiss etdim ki, bu onun üçün qəbul edilmiş bir fikirdir:
“Mən Xankəndi şagirdlərinin müəllimiyəm. Hər gün dərsə mütləq vətənpərvərlik mövzusu ilə başlayıram. Burada şagird kontingentinin əsas hissəsini hərbçilərin və polislərin övladları təşkil edir. Bu vətəni qoruyan insanların övladları ilə Xankəndidə, doğma torpaqlarda, üçrəngli bayrağın altında dərsə vətənpərvər ruhda başlamaq və bu hissləri şagirdlərə aşılamaq mənim borcumdur. Yeni vətənpərvər nəsil yetişir. Nəinki bu məktəbdə, Xankəndidə hamımız birimiz üçün çalışırıq”.
Günay Musayeva kimi gənc müəllimlərin varlığı, bizə göstərir ki, təhsil yalnız bilik verməklə məhdudlaşmır, müəllimin vəzifəsi həm də gələcəyin vətənpərvər vətəndaşlarını yetişdirməkdir. Onun da bir parçası olduğu Böyük Qayıdış proqramı yalnız məktəbin, təhsilin deyil, eyni zamanda bir cəmiyyətin yenidən dirçəlişinə işarədir. Bu cür insanlar ilə gələcəyimiz daha parlaqdır, çünki onlar əsl vətənəpərvərlərdir!
12-10-2024, 20:16
Hərbçilərimiz Türkiyədə


Hərbçilərimiz Türkiyədə

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün "Alpinizm təlimi" keçirilib.
12-10-2024, 19:45
Bu rayonumuzu su basdı


Bu rayonumuzu su basdı

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.
12-10-2024, 18:19
Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar


Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.
Bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.
“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, - deyə o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!