“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
25-02-2025, 14:33
Çökən yolla bağlı açıqlama: "Təbii qəza hesab olunur"


Çökən yolla bağlı daha bir açıqlama: "Təbii qəza hesab olunur"

Ötən gün Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, hadisəyə səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsi olub.
Açıqlamada deyilir ki, Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da məsələyə münasibət bildirib.
Ceyhun Musaoğlu qeyd edib ki, su borusunda baş verən qəzanın dəqiq səbəbini müəyyənləşdirmək çətindir.
O deyib ki, su borusuna kənar müdaxilə qeydə alınmayıb və bu, təbii qəza hesab olunur: "Bu, müxtəlif amillərlə bağlı ola bilər. Havaların şaxtalı keçməsi və temperatur dəyişiklikləri boruya təsir edir. Ümumilikdə Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilər və onlar operativ şəkildə aradan qaldırılır".
C. Musaoğlu qeyd edib ki, Heydər Əliyev prospektində yeraltı su borusunda baş verən qəza aradan qaldırılıb: “Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir və fasilə yaranan ərazilərə suyun verilməsinə başlanılıb".
25-02-2025, 14:09
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu


Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Bu barədə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
25-02-2025, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
25-02-2025, 13:11
Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN


Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
25-02-2025, 13:00
Pakistanın Baş naziri Bakıdan getdi


Pakistanın Baş naziri Bakıdan getdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri fevralın 25-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.
24-02-2025, 19:09
İkinci kurs tələbəsi vəfat etdi


İkinci kurs tələbəsi vəfat etdi

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.
Bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.
24-02-2025, 18:36
"Gülüstan" sarayında dövlət ziyafəti verilir


"Gülüstan" sarayında dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilir.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
24-02-2025, 17:52
Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər


Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.
24-02-2025, 17:36
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr


Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr

24 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vinki qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
Bununla belə, münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ötən il Bakıda keçirilən sessiya zamanı əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlandırıb. Prosesə maneçilik törədən ikili-standartlara baxmayaraq, ölkəmizin ambisiyalı COP29 sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunda bir sıra həlledici elementlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılması istiqamətində əldə etdiyi vacib nəticələrin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf, eyni zamanda postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, delimitasiya üzrə aparılan işlər, habelə sülh gündəliyinin irəlilədilməsinin qarşısında duran mövcud çətinlik və çağırışlar barədə məlumatlandırılıb. Keçmiş münaqişə, o cümlədən postmünaqişə dövründə üzləşdiyimiz ikili standartlar probleminin təəssüf doğurduğu, regional sülh və quruculuq səylərinə xidmət etmədiyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Niderland Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Niderland tərəfindən isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.
24-02-2025, 17:31
Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi


Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu ölkəsinə dəvət edib.
Bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.
"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim", - Ş.Şərif yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!