ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                        Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı .....                        İranın nüvə probleminin hərbi həlli yoxdur - Abbas Əraqçi .....                       
2-10-2024, 14:11
"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"


"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxış edib.
O bildirib ki, Azərbaycan Ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir:
"Bizim bugünkü beynəlxalq əhəmiyyətli tədbirdə hakimiyyətin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir”.
"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı Zati-aliləri cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaqdır", - Səbinə Əliyeva əlavə edib.
2-10-2024, 13:07
Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər


Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər

“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.
Bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.
O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidlərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkilatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.
2-10-2024, 12:48
Sabahın havası - Güclü külək əsəcək


Sabahın havası - Güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bu gün və sabah Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Naftalan, Tərtər, Bərdə, Siyəzən, Samux, Şabran, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
2-10-2024, 12:31
Azərbaycan 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb - RƏSMİ


Azərbaycan 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb - RƏSMİ

“30 ildən artıqdır ki, itkin düşmüş şəxslər problemi ilə qarşılaşan ölkə kimi Azərbaycan dayanıqlı sülh gətirə biləcək məsələlərin əhəmiyyətini yaxşı bilir”.
Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.
O bildirib ki, beynəlxalq qətnamələr sülh və sülh quruculuğu prosesinin bir hissəsi kimi itkin düşmüş şəxslər probleminin həllini vurğulayır: “Humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir. Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb. Bunlar sübutlardır. Son illərdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycan hökuməti lazımi addımları atır. İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Bizim regionda sülhə münasibətimiz heç vaxt qisas üzərində qurulmayıb. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb”.
Nazir müavini, Ermənistanın bütün mövcud dəfn yerləri barədə məlumatları bölüşməsi üçün çağırış edib.
2-10-2024, 12:25
Parlamentdə ilk komitə iclası


Parlamentdə ilk komitə iclası

Oktyabrın 2-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa gündəliyə daxil olan məsələlər barədə məlumat verib.
İclasda cari məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib.
2-10-2024, 12:22
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var


Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar.
DİN-dən bildirilib ki, onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.
Qeyd edək ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
2-10-2024, 12:06
AMEA prezidentinə yeni müşavirlər təyin olundu - FOTO


AMEA prezidentinə yeni müşavirlər təyin olundu - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub.
Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib.
Belə ki, akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyin olunublar.




2-10-2024, 11:57
Sertifikasiyanın müsahibə balları müəllimlərə təqdim olundu


Sertifikasiyanın müsahibə balları müəllimlərə təqdim olundu

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 30 sentyabr və 1 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi məlumat yayıb.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
2-10-2024, 11:44
Kamran Əliyev qazaxıstanlı həmkarı ilə görüşüb


Kamran Əliyev qazaxıstanlı həmkarı ilə görüşüb

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu barədə Baş Prokurorıuğun Mətbuat Xidmətindən məlumat verilib.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qazaxıstan Respublikasının Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Qeyd edilib ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrildiyi bildirilib.
Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Cənab Timur Taşınbayev səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
1-10-2024, 23:30
Mehdiabadda Şahmat Klubu açılıb


Mehdiabadda Şahmat Klubu açılıb

Oktyabrın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmovun təşəbbüsü ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Şahmat Klubu açılıb. Elman Rüstəmovun verdiyi məlumata görə, Şahmat Klubunu açmaqda məqsəd qəsəbədə yaşayan Əmək veteranlarının, qazilərin pensiyaçıların asudə vaxtlarının maraqlı keçməsini təşkil etməkdir.
Gələcəkdə, məktəblilərin, yeniyetmələrin də kluba cəlb olunması nəzərdə tutulur. Bu həm uşaqların zehninin, təfəkkürünün inkişafına xidmət edəcək, həm də pis vərdişlərə meyllənmələrinin qarşısını alacaq.

Klubun açılışı ilk gündən maraqla qarşılanıb. Qonşuluqda yaşayanların hərəsi bir töhfə verməyə çalışıb. Elman həkimin iş yoldaşı Günel xanım ilk oyunun iştirakçısı olan şahmatçılara şirniyyat süfrəsi açıb. Qonşuluqda yaşayan Vaqif müəllim illərdi evində bəslədiyi gülləri canı-könüldən kluba hədiyyə edib. Veteran müəllim, iki kitab müəllifi, şair Vidadi Loğmanoğlu isə oyundan kənarda qalanların darıxmaması üçün xüsusi guşə yaradıb. Guşədə qəzet, jurnal və kitablar sərgiləyib.
Beləliklə klubda ilk şahmat oyunu keçirilib. Ahıllar sevinc içində bir-birini təbrik edərək əyləncəli bir gün keçiriblər.
Biz də uğur olsun deyirik!



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!