Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 13-08-2024, 10:51
Müqəddəs peşənin etibarlı xidmətçisi...


Müqəddəs peşənin etibarlı xidmətçisi...

Cavid Musazadə: “Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır...”
Həkimlik insanların səhhətinin qorunması, xəstəliklərin qarşısının alınması istiqamətində qədim peşə və humanist sənət kimi mühüm rol oynayır. Bu peşənin sahibləri daim bəşərin keşiyində dayanmış, tarixə sağlamlığın qarantı kimi düşmüşlər...
Ölkəmizdə hazırda da öz işinə sevgi ilə yanaşan həkimlər çoxdur. Onlardan biri də Abşeron rayon Mərkəzi Xəstəxanasının Neyrotravma şöbəsinin müdiri Musazadə Cavid Əhliyət oğludur. O, hazırda bu xəstəxanada travmatoloq-ortoped kimi çalışır, peşə fəaliyyətini inamla davam etdirir. Söhbətimiz zamanı Cavid həkim bildirdi ki, bu sənətə valideyinlərinin xeyir-duası ilə gəlib.
Cavid həkim əlavə olaraq dedi:
- Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir. Həkimlik olduqca məsuliyyətli və çətin sənətdir. Bu vacib peşənii seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən zövq almalıdır. Əlbəttə ki, bu sənət hər kəsə geniş əhval-ruhiyyə və dərin məhəbbət tələb edir. Mənim ən böyük arzularımdan biri, həkim sənətinə daha dərindən yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir. Həkim, birinci növbədə, tibb sahəsində yüksək səviyyəli elm və bacarığa malik olmalıdır. Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan həkimlərə vaxtı ilə “el anası” da deyirmişlər. Hətta həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər belə öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Biz təbii ki, Cavid həkimin fəaliyyətində özünün ifadə etdiyi bu keyfiyyətləri dəqiq və aydın görə bilirik...
Qısa məlumat:
Travmatoloq-ortoped Musazadə Cavid Əhliyət oğlu 1982-ci ildə Qubadlı rayonunda anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərindəki 106 saylı tam orta məktəbdə oxuyub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin ”Müalicə-profilaktika” fakültəsində təhsil alıb.
2005-2006-cı illərdə Bakı şəhər Onkoloji Dispanserdə həkim-interna olub. 2006-2008-ci illərdə Rusya Federasiyasının Moskva şəhərində Sklifasovski adına Elmi-Tədqiqat Təcili Yardım Xəstəxanasında Travmatologiya və Ortopediya ixtisası üzrə ordinatura keçib. 2009-cu ildən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim travmatoloq-ortoped işləyib və həmin xəstəxanada Travmatologiya və ortopediya şöbəsinin müdiri olub. 2011-ci ildə Türkiyyə Cümhuriyyətinin Ankara şəhərində Yıldırım Beyazit adına Eğitim və Araştırma Hastanesində onurğa əməliyyatları, travmatoloji və ortopedik xəstəliklərin cərrahi müalicəsi üzrə uzunmüddətli kurs keçib. 2011-ci ildə Türkiyə, 2019-cu ildə Almanya və Rusiyada müxtəlif konfranslarda iştirak edib.
Bütün yuxarıda qeyd olunanlar da Musazadə Cavid Əhliyət oğlunun nə qədər təcrübəli bir həkim olduğunu təsdiq edir.
Cavid həkimin dediklərindən:

- İnsanlar həkimin yanına elə düşüncə ilə gəlirlər ki, elə sanırlar, həkimdən bir yardım aldıqda mütləq yaxşılaşacaqlar. Bu mənada həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin ovqatına və səhhətinə çox müsbət təsir göstərir. Həkimin qayğısı, xəstəyə səmimi münasibəti də bir müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdırlar ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla çəkinmədən, utanmadan bölüşsünlər.
Söhbət əsnasında Cavid həkimə belə bir sualla müracət etdim:
- Həkim xəstəliyin səbəbini pasiyentə bildirməlidirmi? Biz sovetlər dönəmində eşidirdik ki, həkim xəstəni çox vaxt dava-dərmanla yox, ümidverici sözlərlə yola salıb. Siz bu barədə nə deyərdiniz?
- Birincisi, baxır xəstə hansı xəstəliyə mübtəla olub. Əgər onun xəstəlik səbəbi həyati təhlükə yaradırsa, nəticə etibarilə, xəstəyə heç nə deyilməməlidir. Bu, onlarda ciddi psixoloji travma yaradar. Ancaq mən xəstələrimə öz xəstəlikləri haqqında geniş məlumat və tapşırıqlarımı verirəm. Verdiyiniz sual əslində, mənim işlədiyim şöbənin xəstələrinə aid olmasa da, qeyd edim ki, xəstənin birinci arzusu əlbəttə ki, sağalmaqdır. Onun ilk baxışdan ümidini qırmaq olmaz...

Nə xoş ki, xəstəxanamıza müraciət edən xəstələrin hamısı bizim şöbənin həkimlərindən razılıq edirlər. Onlara hər cür xidmət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimlik anddır, həkimlik vicdandır, həkimlik müqəddəs işdir. Biz bu gün bunların hamısına riayət edirik. Bir həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra da onların müalicəsinə başlayıram. Heç bir həkim istəməz ki, əynindəki ağ xalata haradasa kiçicik bir ləkə düşsün. Çox şükürlər olsun ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da Allahın köməkliyi ilə sadiq qalacağam.
- Səhiyyə sahəsindəki islahatlar və dövrümüzün həkim- xəstə münasibətləri barədə nə deyə bilərsiniz?
- Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artır. Nəticədə cəmiyyət və həkim münasibətlərində də dərin doğmalıq hissi yaranır...
Bəli, yaxşı həkim ola bilmək üçün yaxşı düşüncəyə malik olmalısan. Bu mənada təkmilləşmə və təcrübə mübadiləsi məqsədilə Cavid Musazadə beynəlxalq və yerli konfrans və kurslarda iştirakını davam etdirir. Onu da xatırladaq ki, Cavid həkim İkinci Qarabağ müharibəsi zamanı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadasının tərkibində ilk gündən son günə kimi Füzuli və Naftalan Mərkəzi Xəstəxanasında yaralılara tibbi yardım göstərib, yüzdən çox cərrahi əməliyyat aparıb. Bu da onun Vətənə olan sevgisindən, insanlara olan dərin ehtiramından irəli gəlir.
Cavid həkimə Allahdan möhkəm can sağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq..

Hüseyn İsaoğlu (Məmmədov),
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri,
AYB və AJB üzvü.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!