Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 3-07-2019, 08:56
Elmar Məmmədyarov Peruya getdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasının paytaxtı Lima şəhərinə işgüzar səfərə yola düşüb.
Butov.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Peru Respublikasının Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvətilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Lima şəhərinə yola düşüb.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarov 5-6 iyul tarixlərində Lima şəhərində keçiriləcək “Sakit okean Alyansı”na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) Prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə Görüşündə iştirak edəcək.
Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Sakit okean Alyansının Zirvə görüşündə müşahidəçi ölkələr ilə yanaşı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!