Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 26-10-2020, 14:25
Nurdüzdən Ermənistana daşınan yüklərin statistikası nədən xəbər verir?


(Nurdüz sərhəd keçid məntəqəsindən buraxılan yüklər barədə İRNA xəbər agentliyinin iyun – sentyabr 2020 tarixləri arasında verdiyi rəsmi məlumat əsasında tərtib edilmişdir)

Qısa bir arayış: Nurdüz, İran İslam Respublikasının bugünkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi Azərbaycan əyalətinin kəndlərindən biridir, Culfa şəhərinin Siyahrud (Qaraçay) bölgəsindəki Düzəl kəndi yaxınlığında yerləşir. Bu kənd Ermənistanla sərhəddə, Araz çayının yaxınlığında yerləşir və sahəsi 8 hektar olan böyük bir sərhəd terminalına və bazara sahibdir. Nurdüz sərhəd körpüsü Ermənistana idxal üçün əsas magistral yollardan biridir və Nurdüzdəki sərhəd bazarı 1995-ci ilin sentyabrında İran ilə Ermənistan arasında açılmışdır.
Hər il bu sərhəd məntəqəsi vasitəsilə Ermənistana təxminən iki milyon insan səyahət edir. Amma İranın "İRNA" agentliyinin verdiyi son məlumatlara görə karonavurus pandemiyası ilə əlaqəli Ermənistana səfər edənlərin sayı 95% azalmış, oradan İrana gələnlərin sayı isə yox dərəcəsindədir.
Bununla belə yük daşınması dayandırılmamış və bu daşınmanın dinamikası yüksələn xətt üzrə davam etməkdədir. İran rəsmilərinin açıqlamalarına görə, son 6 ayda Nurdüz keçid məntəqələrindən daşınan yüklərin miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 24% artmışdır.

Adıgedən sərhəd keçid məntəqəsi İran rəsmilərinin də təsdiq etdikləri kimi, İranla Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir və onu "ümid körpüsü" də adlandırırlar.
"İRNA" xəbər agentliyinin 30 iyun 2020-ci tarixli məlumatına görə, Culfa və Nurdüz sərhəd terminallarına baxış edən Hüccətülislam Seyid Məhəmmədrza Mir Tacəddini bu terminalların İran və Ermənistan arasında sərnişin keçidi və yük daşınmalarını asanlaşdırmaq işində əhəmiyyətini xüsusi vurğulamaqla eyni zamanda Nurdüz körpüsünün iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını da qeyd etmişdir.

[/center]
Hökumət xəbər agentliyi olan "İRNA"-nın son aylarda, xüsusilə də 27 sentyabr 2020-ci il tarixindən sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ təmas xəttindəki qarşıdurmadan və əslində Azərbaycan Respublikası və xalqı üçün ermənilər tərəfindən işğal edilmiş torpaqların azad edilməsi, beynəlxalq səviyyələrdə tanınmış sərhədlər hüdudunda ərazi bütövlüyünün bərpası uğrunda apardığı vətən müharibəsi başlayan gündən bu yana Nurdüz körpüsündən daşınan yüklər barədə təqdim etdiyi rəqəmlər göstərir ki, iki ölkə arasında yük daşınması əməliyyatları intensivləşmiş və onun dinamikası görünməmiş sürətlə artmışdır.
Azərbaycan oxucusunda daha aydın təsəvvür yaratmaq üçün İran və Ermənistan arasındakı Nurdüz körpüsündən cari ilin sentyabr ayının 30-a kimi daşınan yüklərin və xarici ölkələrin bu körpü vasitəsilə tranzit olunan mallarının statistikasını və hətta həmin yüklərə aid bir-neçə fotonu təqdim edirik.
Nurdüz sərhəd körpüsündən Ermənistana aparılan və gətirilən yüklərin statistikası:
23 iyun 2020 - “İRNA” xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadə bilduirmişdir ki, 2020-ci ilin mart-may ayları ərzində İranla Ermənistan arasındakı “Nurdüz” sərhəd keçid məntəqəsindən şəxsi minik avtomobilləri ilə 13 min nəfər gediş-gəliş etmişdir, amma göstərilən dövr ərzində yük daşımanın və ictimai nəqliyyatın hərəkəti sıfır olmuşdur. Adıgedəın idarə rəisi sərnişin və yükdaşımanın 90%-ə qədər aşağı düşməsinin səbəbini karona virusun yayılması ilə izah etmişdir.
2 avqust 2020 - “İRNA”: Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadənin verdiyi məlumata görə, 2020-ci ilin mart-may ayları ərzində İranla Ermənistan arasındakı “Nurdüz” sərhəd keçid məntəqəsindən 293 min ton məhsul ixrac-idxal edilmişdir. Bu müddət ərzində Nurdüzdən girib-çıxan tranzit malların miqdarı isə 14.700 ton olmuşdur. Ayrıca, göstərilən dövr ərzində Culfa və Nurdüz sərhəd terminallarından ümumilikdə keçmiş 42000 İran və xarici ağır yük maşınlarının 26400-ü (62,9%-i) Nurdüz sərhəd keçid məntəqəsinə aid olmuşdur.

6 sentyabr 2020 - “İRNA” xəbər agentliyinə verdiyi məlumatda keçən ilin eyni dövrü ilə müqayisədə bu il Nurdüz və Culfa sərhədlərindən yük maşını keçidinin müvafiq olaraq 26% və 66% artdığını qeyd edən Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadə daha sonra bildirmişdir ki, bu ilin mart ayının 21-dən keçən 6 ayı ərzində İrana və xarici ölkələrə aid 35300 ağır yük maşını Nurdüz sərhədini keçib və eyni dövrdə Nurdüz sərhədindən idxal və ixracın həcmi 380,600 ton və bu sərhəddən girib çıxan tranzit malların miqdarı 21,2 min ton təşkil etmişdir.
30 sentyabr 2020 - “İRNA”: Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadənin verdiyi məlumata görə, Bu ilin mart ayının 21-dən keçən 6 ayı ərzində 45400-dən çox İran və xarici yük maşını Nurdüz sərhədini keçib (ötən 23 gün ərzində bu sərhəd məntəqəsindən keçən maşınların miqdarı birdən-birə 77,8% artmışdır). Eyni dövrdə Nurdüz sərhədindən idxal və ixracın həcmi 485,300 ton (6.09.2020 tarixi ilə müqayisədə artım 78,4%) və bu sərhəddən girib çıxan tranzit malların miqdarı 31,2 min ton (artım 68%) olmuşdur.

Səməd Bayramzadə,
26 oktyabr 2020


Paylaş



Bölmə: Siyasət / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!