İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 15-10-2020, 10:20
İran Ermənistana silah- sursatla dolu yüzlərlə TIR göndərib

Butov.az Ordum.az-a istinad edərək bildirir ki, İran rejimi işğalçı Ermənistan rejiminə dəstəyinin davamı olaraq, bu dəfə yenə Nurduz sərhəd buraxılış məntəqəsindən istifadə edərək, silah- sursatla dolu yüzlərlə TIR-ı bu ölkəyə göndərib.
Bu barədə güney azərbaycanlılar sosial şəbəkələrdə yaydıqları görüntülərdə xəbər veriblər. Bildirilir ki, həmin TIR-ların içərisində müsəlman Quzey Azərbaycan türklərinin qətliamında istifadə edə bilməsi üçün İran tərəfinin Ermənistana göndərdiyi silahlar, hərbi texnika və logistik vasitələr var.
Qeyd edilir ki, adi vəziyyətdə Nurduz sərhəd buraxılış məntəqəsindən 1 yük maşınının keçməsi təxminən 8 saat vaxt alır. Amma İranın son dövrlər və hazırda Ermənistana göndərdiyi bu cür TIR-lar və yük maşınları heç bir gömrük yoxlanışı olmadan, sürətli şəkildə Nurduzdan bu ölkəyə buraxılır. Eyni zamanda, digər etibarlı mənbələr Rusiyanın İran ərazisindən keçərək Ermənistana aparılması üçün İranın Ənzəli limanına (bəndər) yeni silah- sursat və texnika göndərdiyi barədə məlumat yayırlar.
Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Dağlıq Qarabağın bəzi bölgələrini işğaldan azad etməsindən sonra Rusiya və İranın Ermənistana hərbi və logistik dəstəyi dəfələrlə çoxalıb. Bundan öncə Rusiyanın silah-sursat və hərbi texnika ilə yüklənmiş 600-dən çox "Kamaz" markalı hərbi maşınlarının İran ərazisindən keçərək Nurduz sərhəd buraxılış məntəqəsindən Ermənistana ötürülməsi ciddi etirazlarla qarşılanmışdı.





Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!