"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
25-04-2026, 09:05

Makron eynəyin çıxarır

Həmin an gəlib, Avropa oyanmalıdır deyən Makron özünü ağıllı və cəsur göstərməyə çalışır.
Unikal an gəlib, ABŞ, Rusiya və Çin liderləri Avropaya qarşıdır. Situasiyanı düzgün dəyərləndirməliyik. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Artıq oyanmağımızın vaxtıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Fransa prezidenti bir müddət əvvəl ABŞ-ın artıq əvvəlki qədər etibarlı müttəfiq olmadığını bildirmişdi.
24-04-2026, 08:35
Dik xristianlarla işləyəcək

Dik xristianlarla işləyəcək

İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dik xristian dünyası ilə işlər üzrə xüsusi nümayəndə təyin edilib.
"The Times of Israel" -ın yaydığı məlumata əsasən, bu vəzifəyə o, İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən təyin edib. Bu təyinat İsrailin dünya miqyasında xristian icmaları ilə əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, C.Dik 18 illik təcrübəyə malik peşəkar diplomatdır. O, son vaxtlara qədər İsrailin Azərbaycandakı səfiri vəzifəsini tutub və ölkə tarixində bu posta təyin olunan ilk xristian səfir olub. Dik, həmçinin Xarici İşlər Nazirliyində "görkəmli rəhbər" adına layiq görülüb.
22-04-2026, 14:15
YAP yeni namizədlərini müəyyənləşdirib

YAP yeni namizədlərini

müəyyənləşdirib


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
22-04-2026, 08:51
Türkiyə ilə bağlı açıqlama aydınlaşdı

Türkiyə ilə bağlı

açıqlama aydınlaşdı


Avropa Komissiyası Ursula Fon der Lyayen Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.
Deyib ki, Türkiyənin adı çəkilməsi onun geosiyasi təsirinin, miqyasının və ambisiyalarının, xüsusilə Qərbi Balkanlarda rolunun tanınması deməkdir və bu, hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımır.
Açıqlamada vurğulanıb ki, Avropa İttifaqı Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaş hesab edir və xüsusilə nəqliyyat əlaqələri və miqrasiya sahəsində əməkdaşlıq ön plandadır. Türkiyə eyni zamanda NATO üzrə vacib müttəfiq və Avropa İttifaqına namizəd ölkədir və bu da onu dialoq üçün əsas tərəfdaşlardan birinə çevirir.
Xatırladaq ki, daha əvvəl Ursula Fon der Lyayen Avropa İttifaqının elə bir məkan formalaşdırmalı olduğunu bildirib ki, bu məkan Rusiya Federasiyası, Türkiyə və Çin Xalq Respublikası kimi ölkələrin təsiri altında qalmasın.
21-04-2026, 21:19
Pakistan İrandan cavab gözləyir

Pakistan İrandan

cavab gözləyir


Vasitəçi rolunu öz üzərinə götürən Pakistan hələ ki, İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməklə bağlı rəsmi cavab almayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataullah Tarar bildirib. Tarar "X" sosial şəbəkəsində yazıb: "İran tərəfinin nümayəndə heyətinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakı ilə bağlı rəsmi cavabı hələ də gözəyirik".
O, müharibə edən tərəflər arasında iki həftəlik atəşkəsin bağlanmasına bir neçə saat qaldığı üçün qərarın "kritik" olduğunu söylədi. Prezident Donald Tramp daha əvvəl İranla atəşkəsin uzadılmasını istəmədiyini və danışıqların uğursuz olacağı təqdirdə ABŞ ordusunun hərəkətə keçməyə hazır olduğunu deyib.
21-04-2026, 12:42
Parlamentlərarası əlaqələr dayandırılsın!

"Parlamentlərarası

əlaqələr dayandırılsın!
"


Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli bildirib ki, Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir.
"Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. “Qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır. Belçika parlamenti regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir, halbuki bölgədəki reallıq tam əksini göstərir.
Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir. Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları yaratmaqdır.
Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir. Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir. Amma əgər qarşı tərəf dialoqu dağıdırsa, əməkdaşlıq mexanizmlərini sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub saxlamalıyıq? Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir. Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.
19-04-2026, 15:28
Axı Tramp kimdir ki?!

Axı Tramp kimdir ki?!

ABŞ Prezidenti Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsası yoxdur.
Butov.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Tramp deyir ki, İran nüvə hüquqlarından istifadə edə bilməz, amma hansı cinayətə görə istifadə edə bilmərik demir. O kimdir ki, bir milləti hüquqlarından məhrum etsin?!”, - o bildirib.
19-04-2026, 07:38
Meloni Azərbaycana gələcəkmi?

Meloni Azərbaycana

gələcəkmi?


İtaliyanın Baş naziri Corca Meloninin yaxın həftələrdə Azərbaycana səfər edəcəyi bildirilir.
Bu barədə "Euronews" məlumat yayıb. Məlumata görə, səfərin may–iyun aylarında baş tutması planlaşdırılır.
İki ölkə arasında münasibətlərin əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycan qazı İtaliyaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql olunur. Bu kəmər Xəzər regionunu Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.
TAP-ın idarəedici direktoru Luka Şieppatinin “Euronews”a açıqlamasına görə, kommersiya fəaliyyətinə başladığı vaxtdan etibarən kəmər vasitəsilə İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz çatdırılıb.
O bildirib ki, İtaliyanın SNAM şirkətinin məlumatına əsasən, 2025-ci ildə TAP vasitəsilə nəql olunan qaz ölkənin ümumi qaz tələbatının təxminən 16%-ni qarşılayıb.
Şieppati əlavə edib ki, ümumilikdə TAP vasitəsilə Avropaya 57 milyard kubmetrdən çox qaz ötürülüb. Bu isə tədarük marşrutlarının şaxələndirilməsinə və Avropanın enerji sisteminin dayanıqlığının artırılmasına töhfə verib.

17-04-2026, 17:16
Əliyev Şara ilə görüşdü

Əliyev Şara ilə görüşdü

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şara ilə görüşüb. Söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd əş-Şaranın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlanıb.
Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olunub.
Əhməd əş-Şara Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlət başçısına bir daha minnətdarlıq edib.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunulub.
Dövlətimizin başçısı Əhməd əş-Şaranı ölkəmizə səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.
15-04-2026, 22:50
İndoneziya səfiri Xankəndi şəhərində


İndoneziya səfiri Xankəndi şəhərində - FOTO

Aprelin 15-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmin Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərinə gəlib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov, səfirə burada aparılan bərpa-quruculuq işləri, yenilənmiş infrastruktur, əhalinin köçü barədə məlumat verib. İlk dəfə Xankəndinə səfər edən səfir, şəhərə heyranlığını gizlətməyib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, şəhərlə tanışlıqdan sonra B.Helmin Qarabağ Universitetini ziyarət edərək, kitabxana, dərs otaqlarına baxıb. Xatırladaq ki, B.Helmini Xankəndidən əvvəl Şuşa şəhərində olub. Səfir gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!