Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 1-07-2019, 09:16
Vergi daxilolmaları ötən il ilə müqayisədə artıb - RƏQƏMLƏR

2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqi ilə əlaqədar, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin mühüm hissəsinin “ağarması” və iqtisadiyyatda ilkin şəffaflaşma əlamətlərinin müşahidə edilməsi nəticəsində vergi daxilolmalarında istər proqnoz göstəriciləri, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub.
Butov.az xəbər verir ki, bu barədə vergilər Nazirliyindən Modern.az-a daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib. Aktiv ödəyicilərin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının stabil artması, nağd hesablaşmalarda azalmanın müşahidə olunması, əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, habelə iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artımı, o cümlədən könüllü vergi ödəmələrinin cəmi vergi daxilolmalarında xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edən amillərdir.
Vergi daxilolmaları
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edilib, proqnoza 110,1 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait toplanıb.
Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.
Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.
2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.
Qeydiyyata alınmış vergi ödəyiciləri
Cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452.242 təşkil edib. Hesabat dövründə aktiv ƏDV
ödəyicilərinin sayı 40 faiz artaraq 21.394-ə çatıb. Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71.930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380.312-yə çatıb.
Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17.610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145.377-ə çatıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!