Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 13-02-2020, 12:07
BNA qanunsuz parklanmaya qarşı tədbirlər görüb
Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləsizliyini təmin edilmək məqsədi ilə Qara Qarayev prospektində qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri gücləndirib.
Butov.az xəbər ki, BNA-dan Azvision.az -a verilən məlumata görə, görülən tədbirlər nəticəsində, prospektdə əvvəllər pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb :
"Qeyd edək ki, nəqliyyat vasitələrinin qadağan olunan yerdə park edilməsi Qara Qarayev prospektindən keçən 30 münətəzm marşrut xətti üzrə 450-dən artıq avtobusun hərəkət intervalına ciddi şəkildə mənfi təsir göstərir. Bəzi sürücülər şəxsi minik avtombillərini dayanacaq məntəqəsində saxlayırlar ki, nəticədə sərnişinlərin avtobusdan istifadəsi çətinləşir və onların həyatı üçün təhlükə riski yaranır.
Dayanma və durma qaydalarının pozulması səbəbindən, gün ərzində prospekt boyunca avtomobillər daha çox sıxlıqda dayanır ki, bu da atmosferin daha çox çirklənməsi deməkdir.
Məlumat üçün bildiririk ki, qanunsuz parklanma halları axşam saatlarında Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən şadlıq sarayları və digər iaşə obyektlərinin qarşısında da müşahidə olunur.
Bunu nəzərə alaraq bir daha sürücülərə yol hərəkəti qaydalarına o cümlədən dayanma və durma qaydalarına əməl etməyi, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, sürücülər ancaq nəzarət tədbirləri zamanı deyil daim yol nişanlarının tələbini əsas götürərək müəyyən olunan qayadalara əməl etsinlər".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!