Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 3-06-2021, 17:53
Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
Butov.az-ın məlumatına görə, DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən görüşdə çıxış edən Vüsal Hüseynov ənənəvi görüşün dövlət qurumları və özəl sektor arasında dialoqun inkişafına müsbət təsirindən söhbət açıb. O bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsində özəl sektorun iştirakı qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfədir.
V.Hüseynov “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020” Hesabatında işəgötürənlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, əmək miqrasiya kvotası ilə bağlı yenilənmiş statistik məlumatların əldə edilməsi, eləcə də iş icazəsi üçün müraciətlə əlaqədar elektron xidmətlər sahəsində yaradılmış imkanlarla bağlı təqdimat keçirib.
Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Fransanın ölkəmizdəki səfiri Zakari Qros, eləcə də Azərbaycan-Fransa Ticarət Palatasının rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin işəgötürənlərin fikirlərinə proaktiv yanaşması yüksək qiymətləndirilib.
Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi iştirakçıları maraqlandıran sualları cavablandırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!