İsrailin müdafiə naziri istefaya göndərildi - Yeni təyinat .....                        Nəzakət Məmmədovaya 13 il həbs verildi .....                        Rusiyada son bir sutkada 3 qubernator istefa verib .....                        Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza .....                        İdmançını döyüb öldürdülər - Dəhşətli hadisə .....                        "Rusiya Azərbaycanı tələsdirmir" - Lavrov .....                        "Təəssüf ki, qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadə danışdı .....                        Azərbaycanda yeni telekanal .....                        Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                       
Tarix : 11-11-2016, 19:33
Miqrasiya Xidmətinin rəisi Vyanada

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ilk miqrasiya konfransında iştirak etmək məqsədilə Vyana şəhərində səfərdədir.

Butov.az xəbər verir ki, DMX-dən Axar.az-a bildiriblər ki, F.Nəbiyev səfər çərçivəsində bu təşkilatın rəhbərliyi, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Laura Tompson və regional proqram rəhbəri ilə görüşlər keçirib.

MSİBM-də keçirilmiş görüşdə Xidmət rəisi ilk növbədə bu təşkilatın Azərbaycan Respublikası hökuməti ilə birgə layihəsi olan MOBİLAZE-nin uğurla həyata keçirildiyini və yaxın gələcəkdə MSİBM-nin Bakı ofisinin açılmasına ümidvar olduğunu deyib.

Ölkəmizdə miqrasiya siyasətinin səmərəli nəticələrindən, əldə olunmuş nailiyyətlərdən, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açan F.Nəbiyev beynəlxalq müstəvidə baş verən miqrasiya böhranı mövzusuna toxunub. O, bütün resursların bu problemə gətirib çıxaran başlıca səbəblərin aradan qaldırılması və qarşısının alınmasına yönəldilməsinin vacibliyini vurğulayıb. Bu il sentyabrın 19-da BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçirilmiş “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyətini qeyd edib.

Xidmət rəisi Azərbaycanın ən ümdə problemi - Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə qeyd edib və beynəlxalq ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. Öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz üzərinə götürüb və bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirləri mərhələli qaydada və ən başlıcası, daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata keçirir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün yüzə yaxın müasir qəsəbə salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tompson və regional proqram rəhbəri ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev arasında keçirilmiş görüşdə Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında qurulmuş yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub. Qarşı tərəf Azərbaycanın miqrasiya baxımından mənşə ölkədən təyinat ölkəsinə çevrilməsinə diqqət çəkib. Buna əsas səbəb kimi Azərbaycanda multikultural dəyərlərə verilən önəm, dini dözümlülük, tolerantlıq, sabitlik və qonaqpərvərlik atmosferinin olduğu göstərilib.

Görüşdə, həmçinin könüllü qayıdışa yardım çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi”nin yaxın zamanlarda imzalanması üçün səylərin artırılması ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.

Hər iki görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!