"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 13-07-2021, 10:45
Avropa İttifaqı Qarabağ münaqişəsinin həll olunduğunu artıq qəbul edir

44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin Avropa rəsmiləri ilə görüşü zamanı söylədiyi “Qarabağ münaqişəsi artıq həll olunub, tarixdə qalıb” fikri artıq rəsmi Brüssel tərəfindən də qəbul edilir.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, iyulun 8-də Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Azərbaycana səfərinin yekunları ilə bağlı fikirləri Avropa Komissiyasının rəsmi saytında yerləşdirilib. Komissar səfərinin Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verdiyini bildirib. Səfər zamanı tərəflər arasında sosial-iqtisadi, nəqliyyat mövzuları ilə birlikdə regional siyasi məsələlər də müzakirə edilib. Xüsusilə də, Qarabağ mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Komissar Oliver Varhelyi çıxışında Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparıldığını bildirib.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin bu fikirləri səsləndirməsi Avropa İttifaqının artıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etdiyini təsdiqləyir.

Hazırda dünyanın siyasi, iqtisadi və diplomatik sahədə ən böyük güc mərkəzlərindən biri olan, 27 ölkənin birləşdiyi Avropa İttifaqının bu qənaətə gəlməsi erməni tərəfinin Qərbdən gözləntilərini və “xəyallarını” puç edir. Son nəticədə beynəlxalq mənzərənin Azərbaycanın milli maraqlarının xeyrinə olmasının əsas səbəbi isə beynəlxalq hüququn və normaların, eləcə də ədalətin bizim tərəfimizdə olmasıdır. Azərbaycanın 30 ilə yaxın müddət ərzində strateji səbr göstərərək yalnız beynəlxalq hüquq çərçivəsində addımlar atması, münaqişə ilə bağlı yeni reallığı Avropa İttifaqının dəstəkləməsinə də zəmin yaratdı.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!