Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                       
Tarix : 29-01-2019, 15:19
“Avronest”də Azərbaycanla bağlı məruzə müsbət qiymətləndirilib

Brüsseldə Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasları öz işinə başlayıb.
Butov.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, iclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı və Tahir Mirkişili iştirak edirlər.

Qeyd edək ki, sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Artıq Assambleyanın Enerji təhlükəsizliyi komitəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu məsələsi müzakirə olunub və məruzəçilər tərəfindən yüksək qiymətləndirlib.

Bu barədə isə Oxu.Az-a Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili məlumat verib.

O qeyd ki, xüsusilə Aİ Komissiyasının nümayəndəsi Erlandas Qriqoroviç Cənub Qaz Dəhlizi layihəsinin bütün region üçün həyati əhəmiyyətini vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!