Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 30-06-2018, 19:50
Azərbaycanlı deputat AVRONEST PA-da vəzifəyə seçildi

Azərbaycan deputatı Tahir Mirkişili AVRONEST PA-da vəzifəyə seçilib.

Brüsseldə AVRONEST Parlament Assambleyasının 7-ci sessiyasında deputat Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Sessiyada Enerji təhlükəsizliyi komitəsində Milli Məclisin deputatı Tahir Mirkişili və Avropa Parlamentinin deputatı Norika Nikolayln müəllifi olduğu “Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzə müzakirəyə çıxarılıb. Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadənin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib çixaracağı qeyd edilir. Avropa Birliyi üzv ölkələrinin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb. Məruzə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrini enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırıb.
Azərbaycanlı deputat AVRONEST PA-da vəzifəyə seçildi

Sessiyada həmçinin təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini seçilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!