Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 30-09-2015, 09:57
Azərbaycanlı deputatdan uşaqlarla bağlı Avropaya ÇAĞIRIŞ


Butov.az Modern saytına istinadən xəbər verir ki Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Tranzit ölkələr: Yeni miqrasiya və sığınacaq problemləri ilə üzləşmə” mövzusunda çıxış edib.

S.Fətəliyeva deyib ki, mövcud vəziyyətdə qaçqın həyatı yaşayan insanlar zorakılıq və dağıntılar nəticəsində öz yurd –yuvalarından didərgin düşüblər. UNICEF-in qənaətinə görə, 320 mindən artıq qadın və uşağın növbəti 6 ay ərzində bizim köməyimizə və qorumamıza ehtiyacı ola bilər. Yadda saxlamalıyıq ki, uşaqlar öz ailə mühitini, dostlarını və məktəblərini itirdikləri zaman ciddi zədəyə məruz qalırlar.

Bundan əlavə, hər gün uşaqlar sürgün zamanı dünyaya göz açırlar və onların doğum şəhadətnamələri olmur. Hazırda məcburi köçkün həyatı yaşayan uşaqların sayı II Dünya müharibəsindən bu günə qədərki dövrün ən yüksək səviyyəsinə çatıb. Evlərindən didərgin düşmüş uşaqların əksəriyyəti əzab çəkir və tərk edilmiş şəkildə dünyasını dəyişir.

Komitə sədrinin müavini bildirib ki, müharibə təkcə uşaqların ölümü deyil, həm də onların gələcəyini oğurlamaqdır. Sağ qalmalarından istifadə edilərək uşaqlar istismar işlərinə cəlb olunurlar ki, bu da onları təhsil hüququndan məhrum edir, məktəbə getmələrini imkansızlaşdırır.

Qaçaqçılar, uşaq oğruları və ekstremist qruplar uşaqları ələ keçirib onlara xoşbəxt gələcək vəd edirlər. Hətta aldadıcı yolla sağ qalsalar belə cəzası az olmayan ikinci mərhələyə dözürlər. İnsan alverçiləri onları cinayətkar, gələcəyin terroristləri və hətta xəstəlik daşıyıcıları kimi tanıdırlar. Türkiyə, Livan, Misir və İordaniya istisna olmaqla çox az ölkələr onlara sığınacaq verir, ehtiyaclarını qarşılayır.

S.Fətəliyeva deyib: “Ürəkağrıdıcı şəkillər paylaşmaq kifayət etmir. Dünya uşaqlarını müdafiə etmək üçün səsimizi ucaltmalıyıq, aşağıdakı təhlükəsizlik tədbirlərini dərhal həyata keçirmək üçün hər kəs öz hökumətinə səslənməlidir:

- Uşaqlar təhlükəsiz və xoş mühitdə yerləşdirilməli, onların sağlamlıqlarının qeydinə qalınmalı, psixoloji dəstək verilməli, təhsilləndirilməli və reabilitasiyası təmin edilməlidir;

- Uşaqlar və onların ailələrinin yerləşdirilməsi üçün humanitar vizalar verilməlidir. Sığınacaqlarda yerləşdirilmə vaxtında olmalıdır və hər zaman uşaqlar diqqət mərkəzində saxlanılmalıdır;

- Mühacirlər başqa ölkələrdə yerləşdirilməli və insan qaçaqçılığının qarşısının alınmasında məsuliyyətli davranılmalıdır;

- Axtarış və xilasetmə əməliyyatlarının sürəti quruda və dənizdə artırılmalıdır;

- Tək qalmış uşaqların ailələri ilə yenidən birləşdirilməsi işinin sürəti artırılmalıdır.

Bu dünyada öz yurdu üçün darıxan, çıxış yolu axtaran, məktəb arzusunda olan, müntəzəm həyat qurma imkanı arzulayan uşaqların üzündəki ağrılı ifadə kimi çox az şey var. Uşaqlar heç vaxt gələcəklə bağlı ümidlərinin azaldığı vəziyyətlərə düşməməlidirlər.

Avropa bu fəlakətdə çox mühacirin əsas sığınacaq yeri kimi öz dəstəyini göstərməlidir. Unutmamalıyıq ki, uşaqların bizim xüsusi diqqət və qorumamıza ehtiyacı var. Onların hansı dinə və etnik qrupa mənsub olmaları yurd-yuvalarından çıxarılmaları üçün səbəb olmamalıdır.

Beynəlxalq təşkilat kimi biz çoxlarını evindən didərgin salan bu qlobal və regional konfliktin həlli üçün təsirli yollar tapmalıyıq. Hədsiz kasıblığın qarşısını almaq məqsədilə davamlı, dünya miqyaslı inkişafı genişləndirməliyik və biz hökumətləri sivil cəmiyyətin çiçəklənməsi üçün dəstəkləməliyik.

Parlament Assambleyasında uşaqların baş məruzəçisi kimi mən bütün Avropa dövlətlərini qaçqın uşaqların hüquqlarını müdafiə etməyə çağırıram. Uşaqların sığınacaqlara daxil olmaları təmin edilməlidir və onlar mümkün qədər öz ailələrindən ayrılmamalıdırlar.

Əsas məqsədimiz dəstək əlimizi uzatmaqla bu uşaqların hüquqlarını müdafiə edərək vətənlərinə təhlükəsiz qayıtmalarını təmin etmək, onları bütün mənfi hallardan qorumaq, uşaqlar üçün xoş, mehriban, sağlam mühit və digər zəruri şərait yaratmaqdır”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!