Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 5-12-2016, 16:50
Nikah pozuntusu ilə bağlı yaranan problemlər


Nikah ailənin təməlidir. Bu təmələ, onun sağlamlığına xalqımız böyük qiymət verir. Hətta hər birimizin əzbərdən bildiyi, nəsildən nəsilə ötürülərək dilimizdə hopub qalan, əbədiləşən bir kəlam var: Ailə kiçik dövlətdir. Sadəcə bu fikir xalqımızın ailə anlayışının necə böyük olduğunu göstərir. Təəssüflər olsun ki, bu gün bir sıra yeni qurulan ailələr təməli möhkəm qoyulmadığı üçün uzun yaşaya bilmirlər. Hüquq eksperti, vəkil, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Zalov İsmayıl Oqtay oğlunu bu məsələ ətrafında düşündürən bəzi nüanslar var ki, o bunların həlli yönündə öz təklif və tövsiyələrini cəmiyyətə çatdırmaq istəyir.

Vəkil İsmayıl Zalov Azərbaycanda nikah pozuntusunun həddindən artıq kütləviləşdiyini bildirir. O, bu məsələ ətrafında ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayır. Nikah pozuntusu dedikdə ilk olaraq qızların erkən yaşda məktəbdən, təhsil ocağından zor gücü ilə ayrı salınaraq ərə verilməsi nəzərdə tutulur. Erkən yaşda ərə verilən xanımların böyük əksəriyyətinin beynində psixoloji travma yaranır ki, sonradan onlar ailədə haqsızlıq və davamlı olaraq şiddətə məruz qaldıqda özlərini və ya həyat yoldaşına qəsd etmək səviyyəsinə gələ bilərlər.

Az öncə vurğuladığım kimi, xalqımız ailəyə böyük önəm verir və bu anlayış azərbaycanlıların dünyagörüşündə toxunulmaz, tər-təmiz, pak bir nöqtədə qorunub saxlanılır. Təəssüflər olsun ki, əsrlər boyu nəsildən nəsilə ötürülən bu müqəddəs anlayış müəyyən mənada öz ağırlığını itirmək təhlükəsi ilə qarşı qarşıyadır. Belə ki, 2015-ci ilin statistikasına əsasən 63,1 min nikah qeydiyyata alınmışdırsa, 11,7 min isə boşanma müşahidə edilmişdir.Bu rəqəmlərlə isə əhalinin hər 1000 nəfərinə bağlanan nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib. Çox təəssüflər olsun ki, bu acı statistika hər il durmadan artır. Boşanmaların başında duran səbəblər sırasında isə cütlüklərin bir-birini anlamamağı, ortaq məxrəcə gəlməkdə çətinlik çəkmələri göstərilir.Ailələr dağıldıqdan sonra isə əgər həmən cütlüyün övladı varsa bu daha acınacaqlı hallar yaradır. Övladın tam sağlam düşüncədə yetişməyi, cəmiyyətə faydalı vətəndaş olması üçün ailə tərbiyəsi, ata və ana əhatəsində böyüməsi əsasdır. Bütün hallarda qurulan nikahların pozulması arzu olunmazdır. Unutmaq olmaz ki, cəmiyyətimizin daha da sağlam düşüncəli, güclü olması pozulan nikahlar yox, sağlam bünövrəli ailələr üzərində qurulur. Gələcəyimiz məhz sağlam ailənin topluma bəxş edəcəyi düzgün düşüncəli, həyata baxışı tam övladlar üzərində qurulacaq.

İsmayıl Zalovun fikirlərinə əsasən nikah pozulduqdan sonra alınan alimentin miqdarını yüksəltmək lazımdır. Və ümumiyyətlə aliment haqqında qanunu ciddiləşdirməklə əsaslı dəyişiklər edilməsi vacibdir.Cütlük boşandıqdan sonra ciddi problemlərdən biri də alimentin verilməsi və onun miqdarıdır ki, bu məsələ hər zaman ciddi müzakirələrə səbəb olur. Bəzən ata övladı üçün ayrılan həmən pulu ödəməkdən boyun qaçırır, bəzən də qanunda nəzərdə tutulan miqdardan az ödəyir. Təbii ki, boşanma nə qədər xoş qarşılanmayan haldırsa, valideynin övladının müəyyən ehtiyaclarını ödəməkdən imtina etməsi, boyun qaçırması da bir o qədər ürək ağrıdıcı və arzu olunmaz haldır. İndiki halda aylıq 250 manat maaş alan şəxsin dövlətə 35 manat gəlir vergisi, 7,5 manat isə sosial ayırma ödədiyini nəzərə alsaq yerdə qalan 207, 50 manat məbləğin 25%-i yəni 51,88 manat aliment kimi ödənilməlidir. Bu isə günümüzdə elə də böyük bir rəqəm deyil.

Hörmətli hüquq eksperti, vəkil İsmayıl Zalovun fikirlərinə əsasən vətəndaş nigah pozuntusu ilə məhkəməyə müraciət etdikdə məhkəmə nigahın pozulmasını yüksək səviyyədə araşdırmalıdır ki, gələcəkdə cinayətin qarşısı maksimum alınsın.

İ. Zalov: Əcnəbi vətəndaşla Azərbaycan Respublikası vətəndaşının nikahının pozulması üçün aşağıdakı sənədlər gərəklidir:

1.Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2.Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;

3.Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

İ. Zalovun fikirlərinə əsasən Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.

Xarici ölkə vətəndaşı ilə Azərbaycan Respublikası vətəndaşının nikah pozuntusundan sonra yaranan aliment məsələsinə də toxunan hörmətli hüquq eksperti, vəkil İsmayıl Zalov bu problemin həm Azərbaycan Respublikası qanunvericiliyi, həm də xarici ölkə ailə hüquq normalarının tətbiqi ilə tənzimləndiyini vurğuladı. İ. Zalovun sözlərinə əsasən Ailə Məcəlləsinin 156-cı maddəsində göstərildiyi kimi xarici ölkələrin ailə hüquq normaları tətbiq

edilərkən məkəmə və ya müvafiq icra hakimiyyəti orqanı və ya başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhin tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir. Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!