Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
Tarix : 6-05-2016, 11:20
Ailə Məcəlləsi dəyişdirilir


Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişiklik layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, eləcə də Gənclər və idman komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, müzakirələrdə qeyd edilib ki, Ailə Məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilib.
Belə ki, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlar valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir.

Əgər uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.

İclasda həmçinin, Məcəllənin 23.3-cü maddəsinə əlavələr edilməsi məsələsinə də baxılıb. Əlavəyə görə, "çıxarışı" sözündən sonra "nikahın pozulmasının dövlət qeydiyyatı üçün" sözləri əlavə edilib.

Eyni zamanda, 112.1-ci maddəyə "bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir" cümləsi əlavə edilib.

Məcəllənin 180.1 və 180.2-ci maddələri yeni redaksiyada verilib:


180.1. Müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır.

180.2. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Qeyd edək ki, təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!