Abşeron sakini bədbəxt hadisə nəticəsində ölüb.
Butov.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Müşfiq qəsəbəsi ərazisində qazıntı işləri aparan, 53 yaşlı Zülfü Bəhram oğlu Əliyev yeraltı elektrik kabelini zədələyib, nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.