Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 24-07-2017, 13:56
 1 saylı “ASAN kommunal”da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb


Butov.az xəbər verir ki, 1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. Xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.


Bundan başqa qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kompaniyasının keçirilməsi, kütləvi informasiya vasitələrində qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, qeyri-rəsmi məşğulluğa qarşı video çarxların, stendlərin, broşuraların, məlumat vərəqələrinin hazırlanması və nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanı ilə tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılmışdır.

Fərmana əsasən pilot layihə çərçivəsində Mərkəzə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və onların inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini yaratmaq, aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olmaq və tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameralarının quraşdırılması tapşırılmışdır.

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!