Qazaxın azad edilən 4 kəndi bərpa ediləcək .....                        İsrail atəşkəsə razılaşdı .....                        Güclü qar yağdı: Rusiyaya gedən yol bağlandı .....                        İrandakı zəlzələ Azərbaycanı da silkələdi .....                        Şamaxıda yol çökdü .....                        "Neftçi" onunla yollarını ayırdı .....                        İsrail 2 dəqiqəyə Hizbullahın 20 hədəfini vurdu .....                        Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndə qətl - Hamilə qadın öldürülüb .....                        Azad edilmiş ərazilərdə məskunlaşanların 80 faizi işlə təmin olunub - Nazir .....                       
27-12-2021, 10:08
Təbii qazın qiyməti artıb

Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 4,61% artaraq 3,90 ABŞ dolları təşkil edib.
27-12-2021, 10:02
Rəşad Nəbiyev birinci müavini ilə yollarını ayırmaq istəyir

Alman Klaus Mülleri “Aztelekom” MMC-yə direktor təyin etməklə geniş ictimaiyyətin diqqətini çəkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik etdiyi qurumun effektli fəaliyyəti üçün ciddi struktur və kadr dəyişikləri həyata keçirmək istəyir. Amma kadr dəyişikliklərində nazirin ciddi müqavimətlə üzləşdiyi bildirilir.

Bu barədə AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Rəşad Nəbiyev ilk növbədə korrupsiyaya bulaşmış rəhbər şəxsləri nazirlikdən uzaqlaşdırmaq niyyətindədir. Çünki köhnədən qalan kadrlar yeni nazirin həyata keçirmək istədiyi işləri müxtəlif yollarla sabotaj edir. Ən böyük problem isə nazirliyin rayonlarda fəaliyyət göstərən qurumlarında yaşanır. Həmçinin, nazirliyin strukturuna daxil olan agentlik və başqa dövlət şirkətlərin rəhbərləri də Rəşad Nəbiyevi saya salmır.

İddialara görə, Rəşad Nəbiyevin nazirlikdən uzaqlaşdırmaq istədiyi şəxslərin sırasında öndə gələn birinci şəxs birinci müavini Əli Abdullayevdir. 2015-ci ildə Ramil Quluzadəyə müavin təyin olunan Əli Abdullayev nazirlikdə intriqaları ilə məşhur olub. Bir-çox təcrubəli mütəxəssislər məhz bu intriqalar səbəbindən nazirliklə yollarını ayırdığı da bizə çatan məlumatlar sırasındadır.

Qeyd edək ki, ölkədən pul çıxaran və xaricdə biznes quran məmurların sırasında Əli Abdullayevin adı var. Beləki
Abdullayev Əli İzzət oğlu Çexiya paytaxtında, Růžová 947/8 ünvanında hüquqi qeydiyyatda olan AIM BOHEMİA S.R.O şirkətinin həmtəsisçisidir.

Şirkət 2008-ci ilin iyun ayında Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçib, fəaliyyət sahəsinə mülk və digər daşınmaz əmlak növlərinin kirayəsi daxildir: “Əli Abdullayev şirkəti təsis etdiyi illərdə Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib. Əvvəllər İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində (sonradan Dövlət Əmlak Komitəsi) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, sonradan Auksion Mərkəzinə rəhbər təyin olunub”.

Əli Abdullayevin şəriki HƏCƏR CƏFƏROVA VAQİF qızı da 2001-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində ümumi işlər və kadr məsələləri üzrə şöbənin rəisi olub. “Çexiyadakı şirkətdə ortaqların hər biri 50 faiz paya malikdir”.

Hazırda Medilayn Estetik Mərkəzinə rəhbərlik edən Həcər Cəfərova 2006-cı ildə təsis edilmiş “MEDEKSPRESS”, 2007-ci ildə qeydiyyatdan keçmiş “MEDİLAYN”, eləcə fə ötən il qeydiyyata alınmış “BEAUTYLAB” və “BİOSCİENCE MEDİCİNE” MMC-lərin də təsisçisidir.

Bütöv.az
24-12-2021, 20:30
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 207 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 385 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 177 159, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 153 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 656 209, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 367 621 təşkil edir.

Bütöv.az
24-12-2021, 12:30
Azərbaycan neftinin qiyməti 80 dollara çatır

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb.

Bütöv.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,79 ABŞ dolları və ya 2,31 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 79,24 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
24-12-2021, 11:59
Qayınata, kürəkən birliyi 33 nömrəli Yol İstısmarı MMC- ni necə “istismar” edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun barəsində dövrü mətbuatda və sosial şəbəkələrdə kifayət qədər yazılıb. Onun müavinləri Əvəz Qocayev və Hüsnü Quliyevin bu sistemdə çalışmağa başladıqdan sonra əldə etdikləri var dövlət barədə də dövri mətbuatda az yazılmayıb.

Bütöv.az bildirir ki, bu barədə Aktualinfo.org saytı məlumat yayıb.

Daha sonra sayt yazır:
Agentliyin tabeliyində olub, yerlərdə fəaliyyət göstərən MMC-lərin direktorları, onların yollara ayrılan pullar hesablaranı topladıqları var-dövlət barədə də elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlar var. Şirvan şəhər sakini Yaşar Əliyevin redaksiyamızın elektron poçtuna ünvanladığı şikayət də Saleh Məmmədovun yerlərdəki kadrlarının özbaşınalığından bəhs edir. Aktualinfo.org vətəndaşın heç bir qurumun baxmadığı şikayətini olduğu kimi təqdim edir.

Hörmətli redaksiya şikayətim 2016-cı ildən mühəndis işlədiyim AAYDA-nın 33 nömrəli Yol İstısmarı MMC-də baş verən özbaşınalıq, ayrı seçkilik, dövlət vəsaitinin və əmlakının təyinatı üzrə xərclənməməsi, göyə sovrulması, diktatura rejimi, idarənin xüsusi mülkiyyət kimi idarə edilməsi barədədir. Bu qanunsuzluqlar barədə AAYDA-nın qaynar xəttinə məlimat verdiyimə görə, məndə hər hansı bir nöqsan tapa bilmədiyi üçün, guya işə gəlməməyimi irad tutaraq, qeyri qanuni olaraq, davamiyyət jurnalına imza etsəm də, imzalarımın üstündən xətt çəkilərək, eyni gündə, ayrı-ayrı tarixlərə qeydiyyata alınmaqla, xəbərdarlıq olmadan töhmət və şiddətli töhmət verilmiş və işdən çıxarılmaqla hədələnmişdm. Mən də bu qanunsuzluqlar barədə Avtombill Nəqliyyatı və Yol təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Komitəsinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə məlumat verəndən sonra 02.dekabr 2021-ci il tarixdə ştatımın ixtisara düşməsi barədə məktubla tanış edildim. Halbuki idarədə məndən başqa birini yaşı 66, digərinin yaşı 78-i keçmiş 2 təqaudçü mühəndis var. Bu idarə demək olar ki, təqaüdçülər parkıdır. Nəmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununun 11, 12,13,15 və 18 maddələri kobud surətdə pozulsa da, işçinin yox, nədənsə işə götürənin hüquqları qorundu. Eyni zamanda Dövlət Əmək Müfəttişliyi Haqqında Əsasnamənin 3.1.1, 3.1.2, 3.1.9, 3.1.10 və 4.1.2 maddələriii pozulsa da, faktlar, sənədlər təqdim etsəm də nədənsə yenə də işə götürənin maraqları qorundu. Məlumat üçün qeyd edirəm ki, bu idarə vərəsəliklə qaynatadan yeznəyə keçib. Bu idarə dövlət içində dövlət kimi fəaliyyət göstərir. Özünün daxili və xarici siyasəti var, 5-ci kolona xidmət edir.. Cənab Prezidentə, 1-ci Vitse Prezidentə, Ombudsmana ünvanladıgım şıkayətlər Agentliyin Huquq Şöbəsində qohumları tərəfindən gizlədilir, heç bir araşdırma, heç bir cavab verilmir. Sədrin qəbulunda olmaq istəyimi köməkçisi Çingiz adlı şəxs müxtəlif bəhanələrlə qeyd etdiyim şikayətlərin üzə çıxmasını mümkünsüz edir. Onu da qeyd edim ki, yeni ilin gəlməsi ilə əlaqədar, Agentliyin köməkçisi və şöbə müdirlərinə pay göndərmək məqsədilə Şirvanda qoyun qətliamına start veriləcək.

Aktualinfo.org xatırladır ki, 33 nömrəli Yol İstısmarı MMC vaxtı ilə Əli Bayramlı şəhər 34 saylı Yol-İstismar İdarəsi kimi fəaliyyət göstərib. Hələ Azərbaycan SSR dönəmindən idarəyə Şıxverdi Məmmədov rəhbərlik edib. Sözügedən şəxsin adının heç yerdə hallanmamasına baxmayaraq bu gün Azərbaycanın avtomobil yolları sisteminə gəlib, getmiş ən imkanlı şəxslərdən biridir. Şıxverdi Məmmədov son 30 ildə Azərbaycan avtomobil yolları sisteminə rəhbərlik etmiş bir çox insanlarla çalışa bilib. Yəni hamı ilə dil tapıb və artıq neçə ildir ki, Saleh Məmmədova sığınmağı bacarıb. Bu gün yaşı 80-ni haqlasa da idarəyə qeyri rəsmi olaraq rəhbərlik edir. İdarənin hazırki rəsmi rəisi isə Şıxverdi Məmmədovun kürəkəni Mirtağı Abbasovdur.
24-12-2021, 11:57
"Qarabağ" adı uğrunda TUM SAVAŞI... - VİDEO

Bərdədə fəaliyyət göstərən istehsal müəssisəsi saxtakarlıq yolu ilə qanunlara meydan oxuyur. Qeyd olunan məsələ barəsində məhkəmə qərarı var. Təəssüf ki,kimlərinsə hamiliyi ilə qanunsuzluqlara rəvac verilir.

DİA.AZ bildirir ki, bu barədə tənqidçi jurnalist Elçin İsmayıllı yazır.


Fakt budur ki,Bərdə şəhəri H.Əliyev prospekti Laçın rayon qaçqın məktəbinin həyətində heç bir standarta uyğun olmayan "Qarabağ günəbaxan tumları"nın istehsalı müəssisəsi fəaliyyət göstərir.
Əslində isə bu saxta müəssisə Tərtər rayonunda yerləşən və standartlara uyğun şəkildə fəaliyyət göstərən eyni adlı bir müəssisənin adını və əmtəə nişanını saxta yollarla əldə etmək yolu ilə fəaliyyət göstərir.
Bu qeydləri sübut edən məhkəmə qərarı var.Ancaq qərar icraya yönləndirilmir.
Görünür kimlərsə qanunları saya salmır və öz diqtəsi ilə fəaliyyət göstərir.
Hesab edirik ki, təcili olaraq əlaqədar qurumlar bu məsələ barədə ölçü götürməli və saxta istehsal müəssisəsinin fəaliyyəti dayandırılmalıdır.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Bütöv.az
24-12-2021, 11:35
60 illik dövlət şirkəti Ağalar Vəliyevə necə “hədiyyə” edildi ?

20 kilo qızıl hədiyyə edilən toyda Ağalar Vəliyev iştirak edibmi?

İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollarlıq hədiyyəni niyə verdi ?

Bir müddət əvvəl dərc etdiyimiz “ Biznesmen deputatlar..” başlıqlı yazımıza yenidən qayıtmağa və daha detallı yazmağa ehtiyac hiss etdik.
Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir:
“Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir”.
Bəs görəsən, az qala yarısından çoxu biznes fəaliyyəti ilə məşğul olan deputatlarımızın niyə heç olmasa bir nəfəri bu günədək 89-cu maddə əsasında deputat mandatından məhrum edilməyib ?
Belə olan halda 89-cu maddəni konstitusiyada nə üçün saxlamısınız ?
Bəli, biznes fəaliyyəti ilə məşğul olan deputalarımızdan biri də 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən Ağalar Vəliyevdir.
Öncə onu qeyd edək ki, Ağalar Vəliyev 1996-1998-ci illərdə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışmışdır.
Burada bir STOP...
Bəli, adından da göründüyü kimi 60 ildən çox fəaliyyət göstərən bu qurum dövlətə məxsusdur.
Bəs dövlətə məxsus bu boyda qurumu necə 1998-ci ildə ASC adı ilə Ağalar Vəliyevə “hədiyyə” etdilər ?
Dünyanın heç bir yerində belə hadisə ola bilməz axı...
Bu qurumun bütün əmlakı Ağalar Vəliyevin dədəsinə, babasına deyil, mənz dövlətə məxsus idi, amma bu gün Ağalar Vəliyevin özəl şirkətidir.
Təsəvvür edirsiniz, Ağalar Vəliyev vaxtilə dövlət şirkətində çalışan işçilərdən ASC-nin səhmlərini 200 manata alır. Axı, bu insanlar ömür boyu dövlətin şirkətində işləyib, indi ona məxsus payı Ağalara niyə 200 manata satmalıdır ?
200 manata bizdə uzağı 20 kiloqram ət almaq olar. Amma Ağalar Vəliyev 60 illik şirkəti bu yolla əlinə keçirdi.
Və bu gün Ağalar Vəliyevin dünyanın müxtəlif ölkələrində biznesi var, göydələnlər tikir, oğlunun Avropada mülkəri və s.
Biz Gündəlik-Bakı olaraq ötən yazımızda Ağalar Vəliyevə suallar ünvanlamışdıq. Bu gün həmin suallara yenilərini də əlavə edib cənab deputatdan cavab gözləyəcəyik:
1. Ağalar Vəliyev 1992-93-cü illərdə Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə pambıq zavodunun həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ?
3. Ağalar Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ?
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu Təyyar Yusifov kimdir ?
5. 2003-cü ildə Azərbaycana gətirilən 200000000-luq armaturun məsələsi necə yekunlaşdı ?
6. Ağalar Vəliyevin Türkiyənin Van vilayətindəki Ərtuş-Əşirətinin başçısı İsgəndər Ərtuşla hansı əlaqələri var ?
Daxil olan məlumata görə, İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollar dəyərində hədiyyə verib.
İsgəndər Ərtuşun kimliyi ilə bağlı oxuculara qısaca olaraq onu deyə bilərik ki, Türkiyənin Van vilayətinin Ərtuş tayfasından olan İskəndər Ərtuş oğlunun toyunda 4 mindən artıq qonaq iştirak edib. Və qonaqlar arasında Azərbaycandan da olanlar var. Toyda 20 kilodan artıq qızıl hədiyyələr bağışlanıb.
Ağalar Vəliyev həmin toyda iştirak edibmi ?
Əgər iştirak edibsə, nə bağışlayıb ?
Suallarımız çoxdur. Və cənab deputatdan cavab gözləyirik.
(gundelik baki.com)
Bütöv.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
23-12-2021, 17:28
Ağsuya normal rəhbər NƏ ZAMAN TƏYİN OLUNACAQ?


"Nə Ənvər Seyidəliyevin vaxtında, nə də indi - Rövşən Bağırovun vaxtında biz Ağsu camaatının üzü gülmədi ki, gülmədi. Bu gün başdan-başa problemlər içində olan Ağsuda icra başçısı əməlli-başlı rejim qurub".

DİA.AZ bildirir ki, bu barədə ağsulular adından edilən müraciətdə qeyd olunur.

Sakinlər yazır ki, Rövşən Bağırov gəldiyi gündən sahibkarları açıq-aşkar hədəfə alıb:

"Ağsu elə bir rayondur ki, burda təsərrüfatla məşğul olanların əksəriyyəti kənardan gəlmələrdir. Yerli camaat da məcbur olub müxtəlif iaşə obyektləri hesabına ailəsini dolandırırdı. Amma Rövşən Bağırov gələndən Ağsuda yolkənarı biznesi qadağan etdi. Dedilər ki, guya bu obyektlər turistlərin gəlişinə mane olur. Təklif verdik ki, hansı formada istəyirsinizsə, obyektlərimizi müasirləşdirə bilərik. Amma razılaşmadılar.

Məlum oldu ki, turstlər bəhanə imiş. Başdan-başa yamaq içində olan Ağsudan turistləri qaçıran bizim obyektlər idimi?"

Sakinlər adından yazılan müraciətdə ölkə başçısından Ağsuya yeni başçının göndərilməsi də xahiş edilir:

"Sənab Prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Bundan sonra da Sizin siyasətə sadiqik. Amma Ağsu camaatı artıq yorulub. İcra başçısının qəbuluna da düşə bilmirik. Bizə xalqı eşidən bir başçı göndərməyinizi xahiş edirik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
23-12-2021, 10:59
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Sabah, saat 12:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

Qurumdan Axar.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!