Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
24-12-2021, 11:35
60 illik dövlət şirkəti Ağalar Vəliyevə necə “hədiyyə” edildi ?

20 kilo qızıl hədiyyə edilən toyda Ağalar Vəliyev iştirak edibmi?

İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollarlıq hədiyyəni niyə verdi ?

Bir müddət əvvəl dərc etdiyimiz “ Biznesmen deputatlar..” başlıqlı yazımıza yenidən qayıtmağa və daha detallı yazmağa ehtiyac hiss etdik.
Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir:
“Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir”.
Bəs görəsən, az qala yarısından çoxu biznes fəaliyyəti ilə məşğul olan deputatlarımızın niyə heç olmasa bir nəfəri bu günədək 89-cu maddə əsasında deputat mandatından məhrum edilməyib ?
Belə olan halda 89-cu maddəni konstitusiyada nə üçün saxlamısınız ?
Bəli, biznes fəaliyyəti ilə məşğul olan deputalarımızdan biri də 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən Ağalar Vəliyevdir.
Öncə onu qeyd edək ki, Ağalar Vəliyev 1996-1998-ci illərdə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışmışdır.
Burada bir STOP...
Bəli, adından da göründüyü kimi 60 ildən çox fəaliyyət göstərən bu qurum dövlətə məxsusdur.
Bəs dövlətə məxsus bu boyda qurumu necə 1998-ci ildə ASC adı ilə Ağalar Vəliyevə “hədiyyə” etdilər ?
Dünyanın heç bir yerində belə hadisə ola bilməz axı...
Bu qurumun bütün əmlakı Ağalar Vəliyevin dədəsinə, babasına deyil, mənz dövlətə məxsus idi, amma bu gün Ağalar Vəliyevin özəl şirkətidir.
Təsəvvür edirsiniz, Ağalar Vəliyev vaxtilə dövlət şirkətində çalışan işçilərdən ASC-nin səhmlərini 200 manata alır. Axı, bu insanlar ömür boyu dövlətin şirkətində işləyib, indi ona məxsus payı Ağalara niyə 200 manata satmalıdır ?
200 manata bizdə uzağı 20 kiloqram ət almaq olar. Amma Ağalar Vəliyev 60 illik şirkəti bu yolla əlinə keçirdi.
Və bu gün Ağalar Vəliyevin dünyanın müxtəlif ölkələrində biznesi var, göydələnlər tikir, oğlunun Avropada mülkəri və s.
Biz Gündəlik-Bakı olaraq ötən yazımızda Ağalar Vəliyevə suallar ünvanlamışdıq. Bu gün həmin suallara yenilərini də əlavə edib cənab deputatdan cavab gözləyəcəyik:
1. Ağalar Vəliyev 1992-93-cü illərdə Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə pambıq zavodunun həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ?
3. Ağalar Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ?
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu Təyyar Yusifov kimdir ?
5. 2003-cü ildə Azərbaycana gətirilən 200000000-luq armaturun məsələsi necə yekunlaşdı ?
6. Ağalar Vəliyevin Türkiyənin Van vilayətindəki Ərtuş-Əşirətinin başçısı İsgəndər Ərtuşla hansı əlaqələri var ?
Daxil olan məlumata görə, İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollar dəyərində hədiyyə verib.
İsgəndər Ərtuşun kimliyi ilə bağlı oxuculara qısaca olaraq onu deyə bilərik ki, Türkiyənin Van vilayətinin Ərtuş tayfasından olan İskəndər Ərtuş oğlunun toyunda 4 mindən artıq qonaq iştirak edib. Və qonaqlar arasında Azərbaycandan da olanlar var. Toyda 20 kilodan artıq qızıl hədiyyələr bağışlanıb.
Ağalar Vəliyev həmin toyda iştirak edibmi ?
Əgər iştirak edibsə, nə bağışlayıb ?
Suallarımız çoxdur. Və cənab deputatdan cavab gözləyirik.
(gundelik baki.com)
Bütöv.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
23-12-2021, 17:28
Ağsuya normal rəhbər NƏ ZAMAN TƏYİN OLUNACAQ?


"Nə Ənvər Seyidəliyevin vaxtında, nə də indi - Rövşən Bağırovun vaxtında biz Ağsu camaatının üzü gülmədi ki, gülmədi. Bu gün başdan-başa problemlər içində olan Ağsuda icra başçısı əməlli-başlı rejim qurub".

DİA.AZ bildirir ki, bu barədə ağsulular adından edilən müraciətdə qeyd olunur.

Sakinlər yazır ki, Rövşən Bağırov gəldiyi gündən sahibkarları açıq-aşkar hədəfə alıb:

"Ağsu elə bir rayondur ki, burda təsərrüfatla məşğul olanların əksəriyyəti kənardan gəlmələrdir. Yerli camaat da məcbur olub müxtəlif iaşə obyektləri hesabına ailəsini dolandırırdı. Amma Rövşən Bağırov gələndən Ağsuda yolkənarı biznesi qadağan etdi. Dedilər ki, guya bu obyektlər turistlərin gəlişinə mane olur. Təklif verdik ki, hansı formada istəyirsinizsə, obyektlərimizi müasirləşdirə bilərik. Amma razılaşmadılar.

Məlum oldu ki, turstlər bəhanə imiş. Başdan-başa yamaq içində olan Ağsudan turistləri qaçıran bizim obyektlər idimi?"

Sakinlər adından yazılan müraciətdə ölkə başçısından Ağsuya yeni başçının göndərilməsi də xahiş edilir:

"Sənab Prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Bundan sonra da Sizin siyasətə sadiqik. Amma Ağsu camaatı artıq yorulub. İcra başçısının qəbuluna da düşə bilmirik. Bizə xalqı eşidən bir başçı göndərməyinizi xahiş edirik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
23-12-2021, 10:59
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Sabah, saat 12:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

Qurumdan Axar.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Bütöv.az
23-12-2021, 10:54
Baş nazir: "Mina xəritələrinin dəqiqlik göstəricisi 25 faiz həddindədir"

"Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir".

Bütöv.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib:.
"Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyət, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub", - Baş nazir əlavə edib.
23-12-2021, 10:20
Dünya bazarında "mavi yanacaq" bahalaşır

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,40% artaraq 3,99 ABŞ dolları təşkil edib.
22-12-2021, 11:43
Yardımlıda şəhid atalarının torpağı və abyektləri əlindən alınır - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, bir qurup şəhid atası problemle üzləşdiyini bildiriblər. Şəhid Zahid Zahidlinin atası Zahirov Azadin bildirdiyinə görə prezidentin göstərişinə göre Yardımlı rayonu icra başçısı onlara kiçik torpaq sahəsi verib.

Elə bütün problemde bundan sonra başlayıb. Bele ki, rayon sakini Qeyibov Akif şəhid valideyinlərə destek olmaqdansa onları məhkəməye verərək əvvəllər müqavilə ilə ona məxsus olan torpağı yenidən geri almaq istəyir. Şahid atası kanalımız vasitəsilə adiyyatı qurumlardan yardım istəyir.(AZƏRBAYCANREALLIĞI.COM)



Bütöv.az
22-12-2021, 11:17
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ qeydə alınıb.

Modern.az-ın məlumatına görə, yeraltı təkanlar Biləsuvarda saat 08:10 radələrində qeydə alınıb. Zəlzələ 3-3,5 bal gücündə baş verib.
Zəlzələ Cəlilabad rayonunda da hiss edilib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Bütöv.az
22-12-2021, 11:11
Xanım direktordan 42 minlik şübhəli tender

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Raveller Az Company” MMC (VÖEN- 1604549501) olub.
Müsabiqənin şərtinə görə, “Raveller Az Company” MMC Baytarlıq Elmi-Tədqiqat institutunun 120 illik yubileyinin qeyd olunması üçün keçiriləcək Beynəlxalq Konfransı təşkil edəcək. MMC görüləcək işin qarşılığında 42 min 478 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu tender müsabiqəsini 02.11.2021-ci il tarixində elan edib. Tenderin qalibi olan “Raveller Az Company” MMC isə tender elanından cəmi 10 gün əvvəl – 22.10.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan “Raveller Az Company” MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Türkmən, ev 8, m. 1”də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynzadə Tosif Rəşid oğludur.
Maraqlı məqamlardan biri də odur ki, “Raveller Az Company” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda oktyabr ayının 22-də daha 2 şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də Hüseynzadə Tosif Rəşid oğlu olub.
Bundan başqa son bir il ərzində “Raveller Az Company” MMC ilə birgə “Nizami rayonu, Türkmən, ev 8, m. 1” ünvanında onlarla şirkət qeydiyyata alınıb və onların bir çoxunun qanuni təmsilçiləri eyni şəxslər olub. “Nizami rayonu, Türkmən, ev 8, m. 1” ünvanında qeydə alınan MMC-lərin adlarındakı uyğunluq (“TT”, “SS”, “Group”, “2021” və s.) onlar arasında hansısa əlaqənin olduğunu göstərir.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 10 gün əvvəl “sirli ünvanda” qeydiyyata alınan MMC-nin hansı təcrübəyə sahib olacağı müəmma olaraq qalır.
Yeri gəlmişkən qeyd edək ki, qurumun rəsmi saytında Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunan ikigünlük beynəlxalq elmi-praktik konfransın noyabr ayının 25-i və 26-sı tarixlərində keçirildiyi qeyd olunub. Lakin, dövlət satınalmaları üzrə vahid portalda tender müsabiqəsinin icrasına dekabr ayının 15-də başlanılacağı göstərilib.
Onu da qeyd edək ki, 10 gün əvvəl qeydiyyatdan keçən şirkəti 42 min manatlıq tenderin qalibi edən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovanın 2016-cı ildə işdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsindən çıxarıldığı bildirilir. Sialə Rüstəmova 2010-2015-ci illərdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin də rəisi vəzifəsində çalışıb.

Bütöv.az
22-12-2021, 11:05
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 0,27 % bahalaşaraq, bir bareli 71,31 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 0,03 % bahalaşaraq, bir bareli 74 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
22-12-2021, 11:03
Deputat kazino təklifindən danışdı

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Baymedia”ya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, “Turizm haqqında” Qanununun müzakirəsi zamanı ölkəyə turist cəlb etmək üçün Zəngəzurda və “Böyük Zirə” adasında kazino açmaq təklifinizdən sonra bəzilərinin sanki əlinə bəhanə düşübmüş kimi, sizə qarşı bir kampaniya başlatdılar. Əlbəttə, bu dediklərimiz ədəb çərçivəsində fərli mövqe sərgiləyənlərə aid deyil. Bu barədə fikrinizi bilmək istərdik.

- Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız, görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim. Sözsüz ki, bura uçuş xərcləri də daxildir. Xidmət səviyyəsinin yüksəldilməsi, dünya elminə və mədəniyyətinə çıxış məqsədilə həm də ingilis dilinin ölkəmizdə geniş miqyasda tədris olunması, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinin zəruriliyini vurğulamışam. Vətəndaşlarımızın təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat (bu, müvafiq dövlət orqanı tərəfindən Milli Məclisə rəsmi təqdim olunmuş məlumatdı) pul uduzduğunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası (ŞKTR) olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə? Biz müharibədən çıxmışıq, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi üçün ölkəmizə pul lazımdır. Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır. Bu gün Razi Nurullayevin bir açıqlaması ilə tanış oldum. Həmin qaragüruha xitabən söyləyir ki, islamda sələmə pul verilməsi haramdır. Bəs niyə banklardan kredit götürürsünüz? Biz şəriət qanunları ilə yaşayan islam dövləti deyilik.

Mənim həmin gün qaldırdığım digər vacib məsələlər barədə susan bu üzdəniraq siyasi dələduzlar yapışıblar kazinodan. Halbuki həmin gün eyni vaxtda “Lotereyalar haqqında” Qanuna və Cinayət Məcəlləsinə birinci oxunuşda dəyişiklik edildi. Dəyişiklikyə əsasən, CM-nin 244-1-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı kimi təklif olunur. “Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirlərin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab olunur”.

Beləliklə, bundan sonra qanunlara uyğun olaraq, keçirilməyən istənilən mərc oyunu qumar oyunu hesab olunacaq. Bu günə qədər qumar oynamaq inzibati hüquqpozma hesab olunurdu və mənəviyyat əleyhinə yönələn xəta sayılırdı. Bundan sonra isə edilmiş dəyişikliyə, hüquqi məntiqə və hüquq düşüncəsinə görə qumar oynamaq lisenziyasız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iqtisadi fəaliyyət əleyhinə yönələn qanunpozuntusu kimi başa düşülməlidir və qanunvericilikdən “qumar oynama”, qumarxana təşkil etmə və saxlama “ictimai mənəviyyat əleyhinə yönələn xətalar və cinayətlər” kateqoriyasından çıxarılmalıdır. Bu məqsədlə müvafiq dəyişikliklər edilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti, yaxud Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıqlar “məsciddən” danışmaqdır.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!