“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” - Qurban Qurbanov .....                        “Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda .....                        “Qarabağ” Bakıda məğlub oldu .....                        Meloni-Zelenski görüşü gərgin keçib .....                        Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi .....                        Elm və Təhsil Nazirliyi 1,5 milyonluq odun alır .....                        Daha bir ölkə "Avroviziya 2026"dan imtina etdi .....                        Tramp Avropa liderləri ilə Ukraynanı müzakirə etdi .....                        İsveçrədə yeni prezident seçildi .....                       
29-11-2024, 12:39
Bağlanan məktəblərlə bağlı rəsmi AÇIQLAMA


Bağlanan məktəblərlə bağlı rəsmi AÇIQLAMA

Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.
Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.
Cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb rasionallaşdırılıb. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib.
Daha öncəki açıqlamalarda da qeyd edildiyi kimi, rasionallaşdırılmaya (tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib.
27-11-2024, 16:53
Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib etdi


Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib etdi

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nin bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.
26-11-2024, 16:28
Bu müəllimlərin də maaşları artacaq


Bu müəllimlərin də maaşları artacaq

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları (pedaqoji və inzibati heyət üzrə) artırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AzEdu.az Təhsil Portalına bildirilib ki, ADPU-da analoji addımın atılması gözlənilir.
Universitetdən sorğuya cavab olaraq bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır:
"Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet bununla kifayətlənmək və qane olmaq niyyətində deyil. Son illər ərzində əməkdaşların əməkhaqqı göstəricilərinə həm ümumi şəkildə artım edilməsi, həm də diferensial şəkildə yüksəldilməsi həyata keçirilməklə yanaşı, fəaliyyət nailiyyətlərinə görə mükafatlandırma sisteminin də əhatə dərəcəsi xeyli genişləndirilib.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2025-ci ilin əvvəlindən etibarən Pedaqoji Universitetdə əməkdaşların əməkhaqqı göstəricilərinə artımın edilməsi gözlənilir. Bununla bağlı qərar tədris semestrinin sonunda keçiriləcək universitetin Elmi Şurasında qərar veriləcəkdir",- deyə universitetdən qeyd edilib.
26-11-2024, 11:51
Azərbaycanda məktəblilər arasında suçiçəyi yayılıb


Azərbaycanda məktəblilər arasında suçiçəyi yayılıb

Azərbaycanda orta məktəb şagirdləri arasında suçiçəyi xəstəliyi yayılıb.
İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında suçiçəyinə yoluxma hallarına rast gəlinir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir:
"2024-cü ilin ötən dövrü ərzində qeydə alınan suçiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.
Qeyd etmək lazımdır ki, suçiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.
Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.
Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir".
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hər hansı bir xəstəliyə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:
"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Qeyd edirik ki, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir".
25-11-2024, 22:03
65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA


65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA

Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıqları zaman əmək müqavilələrinə xitam verilir. Lakin bəzi istisna hallarda bu müqavilə uzadıla bilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, mövcud qanunvericiliyə əsasən, əgər ümumi təhsil müəssisəsində 65 yaşına çatmış müəllimin fəaliyyətini davam etdirməsinə zərurət varsa, ümumi təhsil müəssisəsi təhsilverənin razılığı ilə onun çalışma müddətinin uzadılması barədə qərar qəbul etmək hüququna malikdir:
“Dövlət ümumi təhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən uzadıla bilər”, - deyə sorğuda qeyd olunub.
25-11-2024, 15:34
Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ


Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ

Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.
Bunu “Azərbaycan müəllimi”nə Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 nəfər təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: “Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir”.
B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semester üzrə kreditlərə faiz hesablanmır.
İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211781 manat təşkil edib.
Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221729 manat təşkil edib.
25-11-2024, 12:29
Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ


Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ

Şəhid övladlarının xaricdə təhsilinə maliyyə
ayrılacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, gələn il bu məqsədlə büdcədən 41 milyon manat vəsait ayrılacaq.
23-11-2024, 12:20
Bakıda bu universitet təmir edilir - 790 min manat pul ayrıldı


Bakıda bu universitet təmir edilir - 790 min manat pul ayrıldı

V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.
Dövlət satınalmalarının vahid internet portalına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını "NN Constraction" MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NN Constraction" MMC-nin qanuni təmsilçisi Məcidzadə Niyaməddin Cəlil oğludur.
23-11-2024, 09:40
Bəzi məktəblərdə dərslər başladı


Bəzi məktəblərdə dərslər başladı

Bu gündən altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.
Beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-də olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
21-11-2024, 18:50
Bu müəllimlərin maaşları artırıldı


Bu müəllimlərin maaşları artırıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırılıb.
UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb. Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.
Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edəcək
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!